• şənbə, 20 Aprel, 00:49
  • Baku Bakı 15°C

Sabiq deputatlar Rəsul Quliyevdən uzaqlaşdı

16.10.13 12:58 1227
Sabiq deputatlar Rəsul Quliyevdən uzaqlaşdı
Açıq Cəmiyyət Partiyasından (ACP) iki nəfər istefa verib. APA-nın məlumatına görə, partiyanı tərk edənlər ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və Ali Məclis sədrinin müavini Solmaz Ələsgərovadır.
Z.Dünyamalıyeva APA-ya açıqlamasında müavini S.Ələsgərova ilə birgə partiyadan istefa verdiyini təsdiqləyib. O qeyd edib ki, buna səbəb üzvü olduğu partiyanın və ACP-nin də qoşulduğu Milli Şuranın oktyabrın 9-da keçirilən prezident seçkilərində uğur qazana bilməməsidir: “Məhz buna görə mən partiyadan və Milli Şuradan istefa verdim. Mənimlə birgə Solmaz Ələsgərova da partiya üzvlüyündən kənarlaşıb”.
Xatırladaq ki, Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərova deputat olduqları dövrdə eks-spiker Rəsul Quliyevin sədri olduğu ADP-yə üzv olmuş, sonradan onunla birlikdə ADP-dən ayrılaraq ACP-ni qurmuşdular.
banner

Oxşar Xəbərlər