Sabiq basketbolçunu güllələdilər

Sabiq basketbolçunu güllələdilər

İdman
24 Sentyabr 2019, 11:23 152
MBA-nın sabiq basketbolçusu Andre Emmet güllələnib. 
 
Kaspi.az xəbər verir ki, basketbolçunu Dallasdakı evində güllələyiblər. İki naməlum şəxs onun evinə daxil olub. Basketbolçu qaçmaq istəsə də buna nail ola bilməyib. 
 
Təcili yardım maşını hadisə yerinə gələndə Andre sağ olub. Xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Basketbolçunun qonşuları bildiriblər ki, qətli törədən şəxslər ağ rəngli "Chrysler 300” avtomobili ilə hadisə yerini tərk ediblər. 
 
Andre MBA-da "Nyu-Cersi” və "Mefis” klublarında çıxış edib.