• cümə, 19 Aprel, 11:48
  • Baku Bakı 13°C

Sabahın hava proqnozu AÇIQLANDI: Yağış yağacaq

04.01.22 14:10 248
Sabahın hava proqnozu AÇIQLANDI: Yağış yağacaq
Bakıda və Abşeronyarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq. Bakıda gecə 4-6, gündüz 9-11 dərəcəisti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcəşaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcəisti, dağlarda gecə 2-7 dərəcəşaxta, gündüz 3-8 dərəcəisti olacaq.
banner

Oxşar Xəbərlər