• cümə axşamı, 18 aprel, 20:33
  • Baku Bakı 21°C

Sabahın hava proqnozu açıqlandı: Qısamüddətli yağış yağacaq

21.09.21 13:35 403
Sabahın hava proqnozu açıqlandı: Qısamüddətli yağış yağacaq
Sentyabrın 22-dəBakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindənverilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22, gündüz 26-28 dərəcə isti olacaq. Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqinormadan aşağı 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək.Nisbi rütubət60-70% olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitininəsasən yağmursuz keçəcəyi gözlənilir.Lakinaxşam saatlarındabəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz16-21 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər