• çərşənbə, 08 May, 15:33
  • Baku Bakı 16°C

Sabah respublika ərazisində hava əsasən yağmursuz keçəcək

27.08.17 14:15 516
Sabah respublika ərazisində hava əsasən yağmursuz keçəcək
Avqustun 28-dəBakıda və Abşeron yarımadasındahava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° isti, gündüz 29-34° isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAZƏRTAC-a bildiriblər ki,Naxçıvan Muxtar Respublikasındahava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 33-38° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarındada hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 23-28° isti olacağı ehtimal edilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava əsasən yağmursuz keçəcək, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındada hava əsasən yağmursuz keçəcək, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındahava əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 32-37° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındahava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-23° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər