• cümə, 19 Aprel, 15:34
  • Baku Bakı 25°C

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

25.09.20 15:15 485
Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Paytaxtın kommunal strukturlarından verilən məlumata görə sabah, sentyabr ayının 26-ı səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
banner

Oxşar Xəbərlər