AZE | RUS | ENG |

Sabah Fransada G7 sammiti başlayacaq

Sabah Fransada G7 sammiti başlayacaq
Avqustun 24-də Fransanın Biarritz şəhərində 45-ci G7 sammiti başlayacaq. Zirvə görüşünün əsas mövzusu bərabərsizliklə mübarizə olacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sammitdə ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada liderləri təhlükəsizlik, iqlim dəyişikliyi, qadınlara qarşı zorakılıq və cinsi bərabərlik kimi problemləri müzakirə edəcəklər. Dövlət başçılarının, həmçinin Ukrayna, Suriya, İran və Brexit kimi mövzulara toxunacağı da gözlənilir.
Sammit Fransa Prezidenti Emmanuel Makronun qonaqların şərəfinə verəcəyi şam yeməyi ilə başlayacaq.
Zirvə toplantısına BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə birgə Cənubi Afrika, Burkina Faso, Misir, Seneqal, Ruanda, İspaniya, Çili, Hindistan və Avstraliya liderləri də dəvət edilib.
Sammitlə əlaqədar şəhərdə güclü təhlükəsizlik tədbirləri görülüb. Xüsusən terror hücumları ehtimalına qarşı 13 min 200 polis və jandarmla yanaşı, 450 yanğınsöndürən səfərbər olunacaq. Liderlərin qalacağı otelə və şəhərin mərkəzinə gedən yollar nəqliyyatın hərəkətinə bağlanacaq. Şəhər mərkəzinə yalnız icazəsi olan sürücülər və piyadalar girə biləcəklər. Sammit vaxtı şəhərdəki qatar vağzalı və hava limanı da bağlı olacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299