Sabah Bakıda sökülərək yenidən tikilən məktəbin açılışı keçiriləcək
Sabah, sentyabrın 20-də Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin sökülərək yenidən tikilən binasının açılışı keçiriləcək.
"Kaspi"nin xəbərinə görə, daha sonra məktəbin binası pedaqoji heyətin və şagirdlərin ixtiyarrına veriləcək.
Qeyd edək ki, məktəbin əvvəlki binası 1981-ci ildən istifadə edilirdi.