AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sabah Bakıda 29 dərəcə isti olacaq - PROQNOZ

Sabah Bakıda 29 dərəcə isti olacaq - PROQNOZ

Cəmiyyət
14 May 2021, 14:00 735
Azərbaycan ərazisində mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, mayın 15-dəBakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq,əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
 
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 24-29 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz müsbət 27-29 dərəcə olacaq.
 
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% olacaq.
 
Mayın 15-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 15-20 dərəcə, gündüz müsbət 28-33 dərəcə, dağlarda gecə müsbət 10-15, gündüz müsbət 19-24 dərəcəolacaq.

Mayın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.