• şənbə, 19 Iyul, 09:06
  • Baku Bakı 24°C

Sabah Azərbaycanda hava küləkli olacaq

26.02.17 13:15 683
Sabah Azərbaycanda hava küləkli olacaq
Fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz, bəzi yerlərdə duman olacağı, gecə və səhər ayrı-ayrı dağlıq və dağətəyirayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrıyerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlardagecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər