Saatlıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb

Saatlıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb

Kriminal
14 Yanvar 2020, 21:38 1277
Beyləqan rayon sakinindən ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz odlu silah-sursat gizlədən şəxslərin aşkarlanması məqsədilə əməliyyat tədbiri həyata keçiriblər.
Əməliyyat nəticəsində Beyləqan rayonunun İmamverdilər kənd sakini Teymur Kərimov Saatlı rayonu ərazisində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. T.Kərimovdan bir ədəd "İJ-58” markalı müvafiq sənədləri olmayan ov silahı aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.