• cümə axşamı, 28 mart, 22:39
  • Baku Bakı 13°C

Saakaşvili BMT-də çıxış etdi, ruslar zaldan çıxdılar

26.09.13 10:19 1389
Saakaşvili BMT-də çıxış etdi, ruslar zaldan çıxdılar
Gürcüstan prezidenti Mixail Saakaşvili BMT Baş Assambleyasının sessiyasında çıxış edərkən Rusiya nümayəndə heyəti zalı tərk edib. APA-nın xəbərinə görə, M. Saakaşvili BMT-ni Gürcüstan-Rusiya münasibətlərinə təsir etməyə çağıraraq ölkəsində yeni hökumətin formalaşmasına baxmayaraq, iki ölkə münasibətlərinin düzələcəyindən ümidli olmadığını söyləyib: “Kreml qonşu ölkələrdə daim xaos və qarışıqlığın olmasına çalışır. Onlar Gürcüstanda, Ukraynada, Moldovada güclü hökumətlərin olmasını istəmirlər”.
M. Saakaşvili bildirib ki, bir neçə ildən sonra Vladimir Putin Kremldən gedəcək və Rusiya siyasətindən yox olacaq: “Rusiya vətəndaşları onu köhnə dövrlərin – korrupsiya və istibdad dövrünün kabusu kimi xatırlayacaqlar. Hələlik bu prosesin dinc, yaxud zorakı olacağını, onun varisinin millətçi, yoxsa liberal olub-olmayacağını heç kim bilmir. Lakin önəmli olan budur ki, Rusiya imperiya olmayacaq və normal dövlətə çevriləcək”.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin M. Saakaşvilinin çıxışından sonra bəyanat verib. V. Çurkin bildirib ki, bu, çıxış yox, sərsəm uydurmalar yığınıdır və təkcə antirusiya deyil, həm də antirus və antipravoslav xarakteri daşıyır: “Gürcü xalqının bəxtindən, psixi durumu peşəkar qiymətləndirmə tələb edən bu adamın siyasi karyerası qüruba yaxınlaşır”.
banner

Oxşar Xəbərlər