SAĞ TƏRƏF-SAĞ ƏL
"Əməl dəftəri sağ əldən verilən kimsələr- nə xoşbəxtdir
sağçılar!” ("Vaqia” surəsi, 8-ci ayə)
Bakının yeli əsdi,
Əsib
səbrimi kəsdi.
Sağ
gözüm sənə qurban,
(Xalq
bayatısı)
Sol
gözüm mənə bəsdi.
Solum
Məğrib, sağım Məşriq...
Nəsimi
...İşıq dünyaya sağ tərəfdən düşür.
...Günəş sağa tərəf istiqamət götürüb hərəkət
edir.
Altaylar
inanırmışlar ki, böyük igidləri, eləcə də xalqın keşiyində duran yenilməz
Maaday Qaranı dağ ruhu yaratmışdır. O, doğularkən ovcunda daş varmış. Sol əlində
qara daş, sağ əlində boz daş. Nə üçün daşların rəngi qara və bozmuş? Türkdilli
xalqlarda sol əl - sol tərəf günbatan, sağ tərəf isə gün çıxandır. Gün çıxan
(sağ) daha üstün sayılırdı. Günəşlə bağlı olduğu üçün sağ əldə boz daşın
tutulması da təsadüfdən deyilmiş. Boz (ağ) rəng tanrı Ülgenə məxsus rəngdir.
Allah ilk müqəddəs səma kitabı olan
"Töhvrat”ın lövhəciklərini Musaya Tur dağının sağ tərəfində nazil etmişdi.
"Bibliya”da və Quran ayələrində öz əksini
tapmış bu əhvalat Sədrəddin Bəlağinin yazdığı "Quran qissələri” kitabında belə
təsvir olunmuşdur:
"Musa çaşqınlıq içində yol axtararkən Tur tərəfdə
bir od gördü. O, yükü açıb arvadına dedi: "Burada dayan, mən uzaqda od işartısı
görürəm. Gedirəm, ya o oddan bir tikə gətirəm, ya da onun işığında yolu tapam”.
O uğurlu gecə çayın sağ sahilindəki müqəddəs
torpaqda bitən ağacın budağından səadət nuru saçdı, tale Musanı sevinc və təbəssümlə
qarşıladı. Onun qulağına bir səs gəldi: "Ey Musa, mən yer üzününün Allahıyam”.
Tanrı onu özünə əziz və hörmətli məxluq
seçdi.
Ona peyğəmbərlik verərək dedi:
- Ey Musa, sağ əlindəki nədir?
- Əsadır. Mən ona söykənirəm, onunla qoyunlar
üçün ağacların yarpağını çırpıram. Mənim üçün başqa xeyri də vardır.
O, elə zənn etdi ki, sualdakı məqsəd əsanın
faydası və xüsusiyyətini soruşmaqdır. Əslində, isə sual o ağac parçasından
möcüzə törənməsinin başlanmasına işarə idi.
Allah-təala o əsanın mahiyyətindən sual verdi
ki, Musa onunla aşkar möcüzəni görsün. Bilsin ki, o İlahinin dəlil-sübutlarının
əlaməti və Onun sonsuz qüdrətinin nümunəsidir. Tanrı peyğəmbərliyin əlaməti
olaraq Musanın əlindəki əsaya möcüzə bəxş etmişdi.
Musaya əmr olundu ki, əsanı yerə atsın\. O, əsanı
atan kimi əsa ilan şəklinə düşdü və qabağında sürünməyə başladı. İlan
yavaş-yavaş böyüyüb əjdaha oldu. Musa onu görüb dəhşətə gəldi və qaçdı. Birdən
səs gəldi: "Qorxma, peyğəmbərlər mənim qarşımda qorxmurlar”.
Musanın peyğəmbərliyi həyata keçdi və ürəyi
İlahi səsi ilə sakit oldu, gözləri Tanrı nuru ilə işıqlandı. Elə bu zaman Tanrı
ona başqa bir möcüzəni aşkar etdi. İlahidən səs gəldi:
"Ey Musa, əlini yaxana sal”. Musa əlini
yaxasına salan kimi əli işıq saçdı, ağ bəyaz hala düşdü və nurunda qaranlıq gecə-gündüz
kimi oldu.
O, gecə Musaya aşkar olan o iki möcüzə ürəyinin
toxtaqlığı və qüvvətlənməsi üçün idi. Bir anın içində Musa peyğəmbərə çevrilərək,
"Ağ əl”in (çox güman ki, bu sağ əl olub) və əsanın sahibi də mənəm, dedi”.
Bu əhvalatda diqqəti çəkən əsas məqamlardan
biri də budur ki, burada "çayın sağ sahili” "Sağ əlindəki nədir?” və əlini (sağ
əlini) yaxana sal” ifadələri işlənmişdir.
Başqa mənbələrdə "Tanrı Musaya Turun sağından
göründü” fikri də yer almışdır. "Sağ tərəf” "Sağ əl” ifadələri boş yerə işlədilməyib.
Çox güman, bu onunla əlaqədardır ki, bir çox rəvayətlərdə deyildiyi kimi,
doğrudan da, görünür ki, müqəddəs kitablar tanrının sağ tərəfindədir...
Əksər məxəzlər Sidrətül-Müntəhanın (Dünya, həyat
Ağacının) "Ucu”nun Xaliqulbəşərin Ərşi-Əladakı taxtının sağ əlində yerləşdiyini
göstərirlər.
...Həzrəti
Əli Məhəmməd peyğəmbərin sağında dayanırmış.
"Tanrı
asılanı Əli sağında Məhəmmədin...” deyən Dərviş Yunusun bir arzusu da varmış:
"Sağ yanında... Mövlam, sana olam qonaq”.
Ağsaqqal
və ağbirçəklərin övladlarına verdiyi xeyir-duaları içində "Allah sənə özünün
sağından versin” xeyir-duası daha düşərli sayılır.
Deyilənə
görə "Eşq vadisi” deyilən yer də Allahın sağ tərəfindədir. O tərəfdə ki, onun
hesabına adamlar yaxşı bir iş görənə "Sağ əlin başıma olsun!” - deyirlər.
Cənnət
sağ tərəfdə, cəhənnəm sol tərəfdə yerləşir.
Möminlər
sağ böyrü üstə yatırlar.
İşi düz gətirən hər məsud insan,
Sağ əli üstündə qalxdı yuxudan.
(Nizami)
...Adamların bir-biri ilə sağ əli ilə görüşmələri
təsadüfidirmi?!
...Sağ
əlin gicişməsinin, sağ gözün səyriməsinin xeyriliyə olması ehtimal olunur.
Sağ gözün atarsa, sevinəcəksən,
Cəfaya
düşərsən sol göz səyrisə.
(Marağalı
Əvhədi)
Belə deyirlər ki, insanın hər çiynində bir mələk
oturur. Sağdakı xeyir işləri, soldakı bəd işləri qeydə alır.
Sağ əl sol əldən güclüdür deyirlər. Belə ki,
Xaqani demişkən, hər kim ki:
Sol əlində toplasa cümlə cahanın varın,
Sağ
əlin bir zərbiylə cümlə sərvət məhv olar.
Əslində "Sağ əl” kəlməsi "Allahın hökmü”, "Allahın qüdrəti” anlamında
başa düşülməlidir. "Sağ tərəf” Allahın qüdrət rəmzlərindən biridir. Ona görə də
yaxşı nə varsa "Sağ tərəf”lə, "Sağ əl”lə mənalandırılmış, kodlaşdırılmışdır.
Belə də deyirlər ki, qiyamətdə əməl dəftərin
sağ əldə oldumu sənə zaval olmayacaq! Sənin xeyir işlərlə məşğul olduğun məlum
olacaq.
***
Keçmişdə
sağ əlin, sol əlin üstünə qoyulması və sağ əldən öpülməsi beyət sayılırmış.
Məhəmməd
peyğəmbər anadan olanda sağ əlinin şəhadət barmağı göyə doğruymuş: "Son peyğəmbər
doğdu, ismi Məhəmməd, şəhadət barmağı göyə doğruydu” (N.F Qısakürək.)
***
Peyğəmbərin
süd anası Həlimə xanım bildirirdi: "Məhəmmədə sağ döşümdən sonra sol döşümü
verdim, amma götürmədi. Sol döş sahibinin Həlimənin öz oğlu olduğunu Allah-Taala
Məhəmmədə bildirmişdi”.
İbn
Əsakir yazır ki, İbrahimin anası uşağı doğduqdan və nə lazımdırsa etdikdən
sonra onu bələyib mağaradan evinə qayıtdı. Ana hər dəfə gələndə uşağın sağ əlinin
barmağını əmdiyini görür, ona süd verib yenə evə qayıdırmış...
***
"Musa
odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan
belə bir nida gəldi: "Ya Musa! Aləmlərin Rəbbi olan Allah mənəm! Mən həqiqətən
sənin Rəbbinəm. Nəleyini çıxart, çünki sən müqəddəs vadidə-Tuvadasan! Mən səni
seçdim, sənə vəhy olunanı dinlə” ("Taha” surəsi 12-13)
"Musa
oraya çatan kimi mübarək məkandan, vadinin sağ tərəfindən müqəddəs bir ağacdan
səs gəldi: "Aləmlərin Rəbbi olan Allah mənəm, Mən!”("Qasas” surəsi-30).
***
"Quran”
sağdan sola oxunur...
Adətən
insanların çoxu yazı-pozu vaxtı qələmi sağ əldə tuturlar.
"Hər
şey yatır. Bax, bundan (sağ əlini göstərir) başqa! O, heç vaxt yatmır. Qələm
tutduğuna görə!” (V.Səmədoğlu)
***
...Oğuzlar
Məhşərə "Sağış günü” deyirmişlər.
"Quran”
da "Vaqia” sürəsində insanların Məhşərdə 3 dəstəyə ayrılacağı vurğulanıb:
1.
Əməl dəftəri sağ tərəfdən verilənlər.
2.
Əməl dəftəri sol tərəfdən verilənlər.
3.
Yaxşılıq etməkdə qabağa düşən kimsələr.
***
Kəbədəki
Oval şəkilli qara daş Allahın yerdəki simvodur. Kəbə evinin bir küncündə divara
yerləşdirilmişdir.
Təvaf
da həmin daşın qoyulduğu yerin qabağında Sağdan Sola doğru başlanır.
***
Aşıq
Ələsgər Məhşər hadisəsini sanki görürmüş kimi belə təsvir edirdi: "Sol əldə
kağız var, Sağ əldə qələm.”
...İmam
Hüseyn şəhid olacağından xəbərdarmış. O, yuxuda peyğəmbər babasının bir əmrinə
imza atmışdı. Əlbəttə ki, Sağ əliynən!
...Ulularımız
uğura çıxanı uğurlayanda deyərmişlər:
-
Yolun Sağınnan get,
sağ tərəfdən sənə xətər dəyməz.
***
Peyğəmbər
ölüm qabağı buyururdu ki, xirqəmi Üveys Qəraniyə verərsiniz. Peyğəmbərin vəfatından
bir az sonra Həzrət Əli və Həzrət Ömər axtarıb Ü.Qəranini tapdılar.
Həzrət
Ömər soruşdu:
- Adın nədir?
Üveys
Qərani dedi:
-
Abdullah! (yəni Allahın qulu).
Həzrət
Ömər buyurdu:
-
Hamımız Allahın qullarıyıq. Əsl adını soruşuram.
O
cavab verdi ki: - Üveys!
Həzrət
Ömər buyurdu:
-
Sağ əlini göstər.
Üveys
əlini göstərdi.
Həzrət
Ömər peyğəmbərin xəbər verdiyi kimi Üveysin əlinin ağappaq olduğunu gördü və
onun əlini öpdü.
***
"Bəni-İsrail
Misiri tərk edəndə bahar fəslinin əvvəli idi...Musanın yollar barədə hissiyyatı
və məlumatı güclüydü. Odur ki, dərhal karvanı sola-Şama tərəf deyil, dənizə
(sağa!) tərəf apardı. Onun gecə vaxtı yolu səhv saldığını deyən mühacirə isə
belə cavab verdi: "Mənə əmr olunan yolla getməliyik.” (Hacı Sabir Həsənli "Peyğəmbərlər
tarixi”)
***
"Həvarilərin
təklifi ilə imanlılar cəmiyyəti Həvarilərə kömək etmək üçün yeddi yardımçı
seçdi. Yardımçılardan biri Stefan idi. O, Müqəddəs Ruh, iman və qüdrətlə dolu
bir adam idi.
Ona
nifrət edənlər axır ki, onun Sindiriona (ali məhkməyə) verilməsinə nail
oldular.
Stefan
Müqəddəs Ruhla dolub gözlərini göyə dikərək, Allahın cəlalını və Allahın
sağında duran İsanı gördü. Və dedi:
-
Budur, göyləri açılmış və İnsan oğlunu (İsanı) Allahın sağında durmuş görürəm.
Bu sözlərin üstündə onu daşlayıb öldürdülər”.
("İncil”
Həvarilərin işləri 6:2-15, 1-60)
***
"İsanı
Allah diriltdi. Biz hamımız bunun şahidləriyik. O Allahın sağ əli ilə yüksəldilən
Ata tərəfindən vəd edilmiş Müqəddəs Ruhu aldı və sizin indi gördüyünüz və
eşitdiyiniz kimi və bu Ruhu üzərimizə tökdü... ”(Həvarilərin işləri. 2:14-47)
"Şimon
Peter "Balıq ovuna gedirəm” dedi. Ona "Biz də səninlə gedirik” - dedilər.
Amma
o gecə bir şey tutmadılar.
Artıq
gün doğarkən İsa sahildə durmuşdu. Şagirdlər onun İsa olduğunu bilmədilər. İsa
onlara dedi:
-
Övladlarım! Yeməyə bir şeyiniz varmı?
Ona
- Xeyr!” - deyə cavab verdilər.
O
da onlara dedi:
-
Toru qayanın sağ tərəfinə (!) atın!
Eləcə
də atdılar və balıqların çoxluğundan artıq toru çəkə bilmirdilər” ("Yəhya”
21:2-17)
***
İsa
peyğəmbər onu mühakimə edən kahinə belə deyib: - Allahın oğlu İsa Məsih mənəm.
Bundan sonra insan oğlunun Qadirin (Allahın) sağında oturduğunu və göyün
buludları üzərində gəzdiyini görəcəksiniz” ("Matta”26:58-75)
***
Hərdən
qəribə yuxular görürəm.
Bir
dəfə qəribə bir yuxu gördüm.
Yol
gedirdim. Qarşıda hündür bir təpəlik görünürdü.
Fikrində
tutdum ki, o yerə çatanda ordan sola dönüb yoluma davam edərəm. Elə bu vaxt o təpəliyin
üstündə qeybdən bir dərviş görünüb mənə belə dedi:
- Bura çatanda burdan sağa dönərsən, Kəbə sağ tərəfdədir!
Mən
onun dediyi kimi etdim və Kəbəyə getdim. Gördüm ki, Kəbə evinin içində qara bir
kresloda oturmuşam. (Oturdulmuşam!)
***
Bir
cəllad əlinə keçən adamların ayağını doğrayır, kəsib-tökürmüş. Bir dərvişin də
sağ əlini kəsir. Buna etiraz edənlərə dərviş deyir:
-
O, cəllad olsa da düz etdi.
Mən
Allahla etdiyim əhdi pozmuşdum. Ona görə də Allah məni bu cür cəzalandırdı.
Sağ
əlin (eləcə də sağ tərəf) Allah qatındakı qiymətinə, qüdrətinə, yerinə baxırsınızmı?
Demək,
haqqın gözündən (Sağ əlindən!) düşdüyü üçün dərvişin sağ əli kəsilmişdi.
***
Xəqani!
O pirimiz ki, sübhliqa Xızırdır adı,
...Tutar
sağ əldə o, səccadəni müdam.
Demək,
Xızır sağ əlində səccadə tutub insanların, ariflərin, aşiqlərin köməyinə
yetirmiş.
***
İbrahim
peyğəmbər oğlu İsmayılı Mina dağında qurban kəsməyə aparanda Şeytan İsmayılın
ürəyinə vəsvəsə salıb yolundan döndərmək istəmişdi. İsmayıl daşla vurub onun
bir gözünü tökmüşdü. O vaxtdan ona "Kor Şeytan” deyirlər. Çox güman ki, tökülən
sağ gözüymüş.
..Xalq
yazıçısı İsa Muğanna Saf Ağ Elminə tam yiyələnmiş Odərin-Saf Ağ insanın səmaya
baxanda "Ağ əl” (Sağ əl?!) gördüyündən danışırdı və yazırdı.
...Həzrət
Əlinin Cəbrayıl sağında, Mikayıl solunda vuruşarmış.
...Belə
nəql edirlər ki, Məhəmməd peyğəmbər Meracda olarkən qarşısına plov da
qoyublarmış. O, tək yemək istəməyib, Allahdan ona süfrədə yoldaşlıq etməyə bir
adam istəyib. Qeybdən bir əl uzanıb, ona yoldaşlıq edib. Sən demə bu əl, "Mən
göyün yolunu yerinkindən daha yaxşı tanıyıram” deyən Həzrət Əlininmiş!
Sonradan
Yerdə Peyğəmbər həmin plovdan nişanəni Həzrət Əlinin sağ əlinin üstə görəndə
belə deyibmiş: Ya Əli! Əgər son peyğəmbər olmasaydı, deyərdim ki, peyğəmbər sən
ola bilərdin...
Mənimlə
sənin arandakı nisbət köynəklə düymə arasındakı nisbət kimidir...
***
"Büxtə
Nassaranın vəfatından 30 il keçmiş fars padşahı məşhur Keyxosrov Babil şəhərinin
üzərinə böyük ordu ilə hücum etdi. Gəlib .əhəri mühasirəyə aldı. Babilistan
padşahı Bültə Nassara idi. Babil qalasının istehkamına ümidvar olub hətta Çindən
ehtiyata düşmədi. Öz həmişəki eyş və işrətlərini dəxi tərk etməyib çox vaxt işrət
və ziyafət edərdi.
Bir
gün böyük ziyafət edib atası Büxtə Nassaranın Məscidi-Əqsadan qarət etdiyi
qızıl və gümüş dövləti ilə fəxr etdiyi halda qəfildən Bultə Nassaranın qarşısında
bir əl peyda olub divarda bir neçə kəlmə yazdı və yox oldu. Bultə Nassara və əyanları
bu qəribə haldan əndişəyə düşüb yazını bilmək üçün Babil alimlərindən açmasını
istədilər.
Lakin
heç biri oxuya bilməyib aciz qaldı. O vaxt bəni-İsrail tayfasından Həzrət
Danyal o yazını oxuyub bunun Babilin İranlılar tərəfindən fəth olunmasına bir
işarət olduğunu xəbər verdi.
Çox
çəkmədi ki, Keyxosrov Fərat çayını başqa bir qola çevirib suyun şəhərə girdiyi
yoldan qoşunu qalaya daxil elədi.
Beləliklə,
Babili zəbt və qarət, Gildani dövlətini məhv etdi. (Axund Əbdussalam Axundzadə
"Müqəddəs peyğəmbərlər tarixi”).
***
Nağıllarımızda
da, dastan və rəvayətlərimizdə də azmı rast gəlmişik ki, qeybdən gizli bir əl həmişə
Allah tərəfindən öz qulunun, bəndəsinin köməyinə göndərilir. Bəs Yusifi, Abbas
Tufarqanlını həmin gizli qüvvə, həmin əl dartıb quyudan çıxartmamışdımı?
...Bir
nəfər yuxusunda görür ki, yanır. Haray çəkir, dad eyləyir. Heç kimdən bir imdad
hasil olmur. Birdən qeybdən bir əl uzanır ,onun sağ biləyindən yapışır, onu
alovun içindən çıxarır.
Həmin
adam yuxudan qalxanda görür ki, doğurdan da, bədəni yanıq yerləriylə doludur.
Bircə sağ biləyindəki əl yeri qarsalanmayıb. O əl sən demə ,Həzrət Əlininmiş.
BARAT
VÜSAL