• cümə, 29 Mart, 16:13
  • Baku Bakı 14°C

S-400 sistemləri münasibətlərdə ciddi problemlər yaradır

18.03.19 10:00 377
S-400 sistemləri münasibətlərdə ciddi problemlər yaradır
Vaşinqton əvvəlki kimi Türkiyəni müttəfiq hesab edir, lakin rəsmi Ankara və Moskva arasında S-400 zenit raket sistemlərinin alınması üzrə razılaşmanı ikitərəfli münasibətlərdə ciddi problem hesab edir.
Trend-in məlumatına görə, bunu ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
O qeyd edib ki, ABŞ Türkiyənin Rusiya istehsallı S-400 hava hücumundan müdafiə sistemi almasından narahatdır:
"Bu, böyük problemdir. Bizim Suriyada münaqişəyə dair mübahisəli məsələlərimiz var. Hesab edirəm ki, Donald Tramp Türkiyə ilə münasibətlərin yaxşılaşmasını, ticarətin inkişaf etməsini istərdi ki, onlar da bizə Suriyada və regionun digər ölkələrində bəzi problemlərin həlində kömək etsinlər".
banner

Oxşar Xəbərlər