• çərşənbə, 24 Aprel, 22:25
  • Baku Bakı 23°C

Rüstəm Qasemi: "Azərbaycanla İran arasındakı daşımalar yeni körpü ilə yeni səviyyəyə yüksələcək"

25.01.22 19:30 358
Rüstəm Qasemi: "Azərbaycanla İran arasındakı daşımalar yeni körpü ilə yeni səviyyəyə yüksələcək"
Astaraçay üzərindən yeni tikiləcək avtomobil körpüsü Azərbaycanla İran arasında, habelə Rusiya və başqa ölkələrə yükdaşımaların artmasını hədəfləyir.
"Report”un Astaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu həmin körpünün təməlqoyma mərasimində İranın yolvə şəhərsalma naziri Rüstəm Qasemi bildirib.
"Uzunluğu 100 metr, eni 30 metr olacaq bu körpünün tikintisi Azərbaycan ilə İran arasında, habelə başqa yolüstü ölkələrlə tranzit daşımalarını daha yüksək səviyyəyə qaldıra bilər. Bu körpünü birgə səylərlə, hər iki tərəfin maliyyə vəsaitləri hesabınainşa etməyi nəzərdə tuturuq”, – deyən nazir qeyd edib.
Onun sözlərinə görə, həm körpünün özünü, həm də ətrafındakı avtomobil yollarını bir il ərzində hazır vəziyyətə gətirmək nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər