• şənbə, 20 Aprel, 13:08
  • Baku Bakı 23°C

Rusları narahat edən 100 sual?

15.01.14 08:36 1645
Rusları narahat edən 100 sual?
Rusiyanın 100 əsas sualını əhatələyən sorğu böyük maraq doğurub.
Layihə keçən ilin mart ayından start götürüb. Toplanan 100 aktual sual səsvermə siyahısında yer alıb. Bir neçə ay ərzində redaksiyaya 6220 məktub daxil olub. İnternetlə layihəyə qoşulanlar isə 81000 adamı əhatə edib. Referendumu xatırladan aksiya təkcə Rusiyanın əsas suallarını elan etməyib, həmçinin rusları narahat edən nüansları ortaya çıxarıb. Layihənin nəticələrinə hökumətin də göz yetirəcəyinə ümid edilir. Belə ki, ən qaynar suallar onların ünvanına yönəlib.
Suallar «AiF»in mətbuat mərkəzində keçirilən dəyirmi masada iştirakçılar tərəfindən müzakirə olunub.
Sərxoşluq və Stalin
Rusiya «Suxoy zakon» Partiyasının sədri Valeri Melyoxin «Mən rusları narahat edən 100 sualla tanış oldum: «Rusiyaya spirtli içkilərin satışını məhdudlaşdıran qanun lazımdırmı?” Mən bu suala əminliklə cavab verdim. İndi isə başqa suala cavab verirəm – «Rusiyanı içkiyə kim aludə edir?» Əminəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olan qruplar var. Alkohol mafiyası spirtli içkilərin istehsalı və satışına nəzarət edir. Hakimiyyətin ayrı-ayrı nümayəndələri və dünya xəlvəti yatıb yuxuda sonuncu rusiyalının da alkohola nə zaman qurşanacağını görür. Axı, bizim təbii resurslarımız o zaman daha asan ələgələn olacaq. 2014-cü ildə çar Rusiyasında “suxoy” qanunun 100 illiyi qeyd olunacaq. Mən qəzetin oxucularına cansağlığı arzulayıram! Qoy hər əlamət özünüz üçün xüsusi “suxoy” qanun olsun.
İctimai xadim, tarix elmləri doktoru Natalya Naruçniskaya qeyd edib ki, «Rusiya hara gedir?» və «Nə etməli?» suallarına ruslar ömür boyu cavab axtarır: «Onları o vaxtdan həll etmək mümkün olmayıb. Sonsuz şüarlar həmişə səslənir, milli ideyalar ətrafında müzakirələr davam edir. Ancaq biz özümüz bilirik ki, hara gedirik. Son 20 ildə öz keçmişimizin dağıntıları ilə məşğul olmuşuq. Amma böyük millətlər öz keçmiş səhifələrini inkişaf etdirməklə, sələflərini məsxərəyə qoymamaqla fərqlənirlər. Bu, millətin ləyaqətini təşkil edir. Öz tarixinə baxışı qoruyub saxlamaq, onun faciəvi səhnələrini kənara atmamaq – millətin ləyaqətinin göstəricisidir. Karamzinin yazdığı kimi, hər şey bizim üçün yaranıb, demək – bizimdir. Əgər biz ləyaqətlə geriyə baxmağı öyrənsək, hara gedəcəyimizi anlaya bilərik. Bayağı səslənsə də, deyəcəyəm: öz vətəninizi sevməkdən utanmayın. Ona görə də bütün çatışmazlıqlarına baxmayaraq, sizi hərdən şapalaqlasa da, öz ananızı sevdiyiniz kimi, vətəninizi sevin».
Ali İqtisadi Məktəbin direktoru Sergey Smirnov isə «Stalin Rusiya üçün qəddar, yoxsa xeyirxah adam idi?» sualını cavab verib: «O vaxtdan bəri çox adamlar bu sual üzərində baş sındırır. Ataların həyatını hörmətdən salmaq olmaz. Bundan başqa başa düşmək lazımdır ki, hüquq-mühafizə orqanlarında sui-istifadə hallarının çoxluğu, saxlananlar üzərində işgəncə və təhqirlər məhz Stalin dövrü ilə bağlıdır. O illərin istintaqlarının protokollarını oxuyanda damarlarda qan donur. Doğurdanmı, kimsə indi düşünür ki, bütün bunlar «xalqlar rəhbəri»nin icazəsi ilə həyata keçirilib? Stalin dövründə şəxsiyyət tamamilə alçaldılıb. Repressiya cəmiyyətin bütün təbəqələrinə toxunub. Əgər aydınlaşdırsaq ki, bunu insan edib şübhə qalmır ki, o, tamamilə Rusiya üçün qəddar adam olub. Öz xalqına qarşı belə münasibəti necə göstərmək olar? Burada hansı xeyirxahlıqdan danışa bilərik?
Pul və düşüncələr haqqında
Əhaliyə psixoloji kömək Moskva xidmətinin əməkdaşı Anna Neqi qeyd edib ki, xidmətə tez-tez “həyatın mənası” ilə bağlı suallarla müraciət olunur: “Mənə elə gəlir ki, bu, həqiqətən Rusiyanı narahat edən əsas suallardan biridir. Bu suala öz ailəndə, evində, yaxın ətrafında cavab tapmaq lazımdır. Diqqəri özünüzdən sevdiyiniz insanlara və başqa adamlara ötürün. Axı, başqalarına kömək etməklə biz özümüzə kömək edirik. Ətraf aləmi yaxşılaşdırmaqla biz öz şəxsi həyatımızı yaxşılaşdırırıq. Həyatın mənasını da bu, təşkil edir».
İqtisadi araşdırmalar institutunun qloballaşma və sosial hərəkat mərkəzinin rəhbəri Vasiliy Koltaşov hesab edir ki, Rusiya üçün rublun devalvasiyası və dolların kursunun aşağı düşməsi ilə bağlı suallar narahatlıq doğurur: “Düşünmürəm ki, bu, Amerikaya məhəbbətin olmamasından irəli gəlmir. Sadəcə, çoxları əmanətlərini ABŞ valyutasında saxlayır. Amma dolların kursu çətin ki, düşsün. ABŞ bu problemi kağız pulların çapı həll edəcəklər. Rubl isə bizim “dostlar”ın köməyi ilə qiymətdən düşə bilər. Əgər ABŞ İrana qarşı blokadaya son qoysa, onlar onlar asanlıqla neftin dünyadakı qiymətlərini endirəcəklər. Çində yetişən böhran da rublun devalvasiyasına çağırır. Mənim məsləhətim: Ruslar ən yaxşı halda pullarını valyutada saxlasınlar, yoxsa bütün yığdıqlarını itirə bilərlər.
Ekspertlərin fikirləri və səsvermənin nəticələri göstərib ki, heç bir kataklizmə baxmayaraq, ədalət və həyatın mənası ilə bağlı suallar ruslar üçün aktuallığını itirməyib: «Bu, çox gözəldir. Onlara sual verərkən biz insanlığımızı qoruyub saxlayırıq. Əgər biz bu sualları verməsəydik, rus milləti olduğumuzdan imtina etmiş olardıq”.
Ruslara ünvanlanan 100 sual içərisində ən çox səs toplayan ölkədəki ictimai, siyasi, sosial vəziyyətlərlə bağlı suallar olub.
1. Ölkədə korrupsiyadır. Əsas oğru kimdr?
2. Rusiya hara gedir?
3. Biz zibili nə zaman təkrar istehsal etməyə başlayacağıq?
4. Şimali Qafqazla nə etməli?
5. Dünyanı kim idarə edir? Ümumdünya kölgə hakimiyyəti mövcuddurmu?
6. Əgər inqilab olmasaydı, Rusiyanın taleyi necə olardı?
7. Milli sərvətdən öz payını necə almalı?
8. Rusiyada keyfiyyətli yollar qurmaq mümkündürmü?
9.100 ildən sonra nə qədər rus qalacaq?
10. Necə tez varlanmaq olar?
11. Bizdə korrupsiya nə zaman qalib gələcək?
12. Nə üçün Rusiyanı dünyada sevmirlər?
13. Dövlətin, yoxsa vətəndaşların maraqları daha əsasdır?
14. Rusiyanı içkiyə qurşadanlar kimdir?
15. Xərçəngə nə zaman qalib gəlmək olacaq?
16. Rusiya həqiqətdə nə ilə fəxr edə bilər?
17. Nə etməli?
18. Özümüzdəki köləlikdən nə zaman xilas olacağıq?
19. Rublun devalvasiyası olacaqmı?
20. Neftin əvəzinə hansı yanacaq gələcək?
21. Nə üçün pul və hakimiyyət insanları pozur?
22. Tanrı niyə uşaqlara qarşı qəddarlığa və ölümə yol verir?
23. Rusiyaya demokratiya lazımdırmı?
24. Rusiyanın əsas düşməni kimdir?
25. Rusiyada yaşamaq kimə xoşdur?
26. Ölümdən sonra həyat varmı?
27. Nə üçün bir nəfərə – hər şey, başqalarına – heç nə?
28. Üçüncü dünya müharibəsi olacaqmı?
29. Çinlilər Rusiyada nə zaman məskən salacaq?
30. İisus Xristos həqiqətdə kim olub?
31. Həyatın mənası nədir?
32. Nə üçün Rusiyada normal avtomobil hazırlamaq olmaz?
33. Stalin Rusiya üçün qəddar, yoxsa xeyirxahdır?
34. Qəlb mövcuddurmu?
35. Ən dəhşətli günah hansıdır?
36. Uşağın qabiliyyətini necə üzə çıxarmalı?
37. Nə üçün insanlar həmişə döyüşürlər?
38. Allah vardırmı?
39. İqlim silahı mövcuddurmu?
40. Dollar nə zaman məhv olacaq?
41. Lenini Mavzoleydən nə zaman çıxaracaqlar?
42. Yer üzündə ən yaxşı yer haradır?
43. Ölümdən qorxmadan necə yaşamalı?
44. Uşağı necə yaxşı tərbiyə etməli?
45. Asteroid təhlükəsi nə qədər realdır?
46. Cənnət və Cəhənnəm mövcuddurmu?
47. Kimdir günahkar?
48. Amerika nə zaman dağılacaq?
49. Alyaskaya necə qayıtmalı?
50. Amerika ilə müharibə olacaqmı?
51. Hansı ərzaq ən faydalıdır?
52. Özünü necə daha yaxşı etmək olar?
53. Bağışlamağı necə öyrənməli? (incikliyi, xəyanəti)
54. NLO (naməlum uçan obyekt) mövcuddurmu?
55. Rusiyaya çar lazımdırmı?
56. Bermud üçbucağının sirri nədədir?
57. Əvvəlcə nə yaranıb – toyuq, yoxsa yumurta?
58. Kommunizmi qurmaq mümkündürmü?
59. Rusiya – bu Avropadır, yoxsa Asiya?
60. Gözdəymə, ovsun, cadu mövcuddurmu?
61. Nə üçün hökmdar həmişə yaxşıdır, mülkədar isə pis?
62. Nə üçün bütün dadlılar zərərlidir?
63. Nə üçün pul həmişə çatışmır?
64. Rusiyada spirtli içkilərə qadağa lazımdırmı?
65. Astroloqlara inanmağa dəyərmi?
66. Nə üçün Nobel mükafatı bizə nadir hallarda verilir?
67. Nə üçün insanlar qey olurlar?
68. Lenin Alman casusu idimi?
69. İnsanlar nə vaxt Marsa uçacaqlar?
70. Xoşbəxtliyin resepti nədir?
71. Dünyanın axırı nə vaxt olacaq?
72. İnsan ölümsüzlüyə qovuşa bilərmi?
73. Xoşbəxt olmaq üçün nə qədər pul lazımdır?
74. Ömür boyu bir insanı sevmək olarmı?
75. Nə üçün atalar və uşaqlar arasında problemlər var?
76. Ağıllı olduğumuz halda nə üçün belə kasıbıq?
77. Rusiya nə vaxt futbol çempionatını qazanacaq?
78. İdeal nikah ola bilərmi?
79. Gələcək uşağın cinsini hesablamaq olarmı?
80. Məhəbbət haradan gəlir?
81. İçkini necə tərgitməli?
82. Necə arıqlamalı?
83. Həyat yoldaşın döyürsə necə etməli?
84. Yuxugörmələri idarə etmək olarmı?
85. Dahini necə böyütməli?
86. Con Kennedini kim öldürdü?
87. Zaman maşınını nə vaxt ixtira edəcəklər?
88. Kişini «sola» baxmaqdan necə çəkindirmək olar?
89. Necə ərə getməli?
90. Qar adam mövcuddurmu?
91. Əbədi mühərrik mümkündürmü?
92. Nə üçün cırılmayan kalqotka ixra etmirlər?
93. Nə üçün Rusiyada belə soyuqdur?
94. Ailədə əsasən başçı kimdir?
95. Alkoholsuz necə əylənməli?
96. Gözəllik dünyanı xilas edəcəkmi?
97. İnsanı klonlaşdırmaq olarmı?
98. İlk baxışdan məhəbbət mövcuddurmu?
99. Necə gözəl olmalı?
100. Şaxta Baba mövcuddurmu?
“Arqumentı i faktı” qəzetindən çevirdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər