• cümə, 29 Mart, 13:20
  • Baku Bakı 14°C

Ruslan Lunyov Qran-Pri yarışında uğurla çıxış edib

21.01.22 09:30 355
Ruslan Lunyov Qran-Pri yarışında uğurla çıxış edib
Xorvatiyanın Osijek şəhərində keçirilən ISSF Qran-Pri yarışında Azərbaycan atıcısı Ruslan Lunyov uğurla çıxış edib.
Gənclər və İdman NazirliyindənAZƏRTAC-a bildiriblər ki, idmançımız 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanıb.
Xatırladaq ki, bu medal R.Lunyovun son bir həftədə qazandığı ikinci medaldır. Belə ki, atıcımız yanvarın 15-də Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-Pri yarışında qızıl medal qazanmışdı.
banner

Oxşar Xəbərlər