• çərşənbə, 17 Aprel, 01:40
  • Baku Bakı 14°C

Rusiyaya qarşı sanksiyaların məhdudlaşdırılmasında flaqman

20.08.19 18:45 7636
Rusiyaya qarşı sanksiyaların məhdudlaşdırılmasında flaqman
Avqustun 19-da Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub. Fransa Prezidentinin Breqansonda iqamətgahında keçirilən görüş 3-dan çox davam edib.
AZƏRTACRİA informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentlərin görüşünün nəticələri müzakirə olunub.
Qeyd olunub ki, E.Makron görüşdən əvvəl "Normand dördlüyü”nün (Rusiya, Fransa, Almaniya, Ukrayna) sammitinin təşkili ilə bağlı fikirlərini bildirib. V.Putin isə öz növbəsində bu formatın alternativinin olmadığını diqqətə çatdırıb.
Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski prezidentlərin görüşünü ikitərəfli münasibətlərin, eləcə də müasir dünya siyasətində münaqişəli məsələlərin həllində bir addım kimi qiymətləndirib. Rusiya rəsmisi bildirib ki, görüşdə həm də Suriya və Liviya münaqişəsinin nizama salınması, "normand dördlüyü” formatının fəallaşdırılması üçün Ukraynanın cənub-şərqində konfliktin həll olunması məsələləri də müzakirə olunub.
L.Slutskinin sözlərinə görə, Fransa Avropanın qabaqcıl ölkələrindən biri kimi Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının məhdudlaşdırılması istiqamətində flaqman rolunu oynaya bilər.
O xatırladıb ki, "Böyük Avropa” konsepsiyasının yaranması ideyası Fransanın sabiq Prezidenti, 1969-1979-cu illərdə ölkəyə rəhbərlik etmiş Şarl de Qollun dövrünə təsadüf edir.
banner

Oxşar Xəbərlər