• cümə, 29 Mart, 19:37
  • Baku Bakı 14°C

“Rusiyaya dost olmayan ölkələrin siyahısı formalaşdırılır” - Lavrov

28.04.21 18:45 1081
“Rusiyaya dost olmayan ölkələrin siyahısı formalaşdırılır” - Lavrov
Rusiyaya dost olmayan ölkələrin siyahısı formalaşdırılır.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov meksikalı həmkarı ilə danışıqlarının yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.
S. Lavrov vurğulayıb ki, siyahıdakı ölkələrin öz diplomatik nümayəndəliklərinə Rusiya vətəndaşlarını işə götürməsi qadağan olunacaq.
"Bu siyahının formalaşdırılması uzun çəkməyəcək. Siyahı formalaşdırılır. Siz tezliklə bunu biləcəksiniz”, - deyə S. Lavrov hansı ölkələrin Rusiyaya dost olmayan dövlətlərin siyahısına düşəcəyi sualına cavabında qeyd edib.
banner

Oxşar Xəbərlər