• cümə axşamı, 28 mart, 19:07
  • Baku Bakı 13°C

Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub

28.11.13 18:15 1163
Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub
Rusiya Federasiyasının Suriya paytaxtındakı səfirliyinin yerləşdiyi ərazi minaatanlardan intensiv atəşə tutulub. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, səfirliyin mətbuat attaşeliyi mərmilərdən birinin səfirlik kompleksinin ərazisində partladığını bildirib. Hadisə zamanı səfirliyə maddi ziyan dəyib.
Səfirlik adi rejimdə çalışmağa davam etsə də, binanın mühafizəsi gücləndirilib. İlkin məlumata görə, hadisə nəticəsində bir suriyalı ölüb, 9 nəfər, o cümlədən səfirliyin suriyalı mühafizəçiləri xəsarət alıblar.
Rəsmi Moskva Rusiyanın Dəməşqdəki səfirliyinin minaatanlardan atəşə tutulmasını terror aktı kimi qiymətləndirir və günahkarların cəzalandırılmasını tələb edir. Bu barədə Trend Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən məlumat verir.
Məlumatda deyilir: "Silahlıların Dəməşqin mərkəzi hissəsini, o cümlədən Rusiya səfirliyinin ərazisini minaatanlardan atəşə tutmasını hiddətlə qarşılayır və kəskən şəkildə qınayırıq. Törədilən hadisələri terror aktları kimi qəbul edirik. Terror aktlarının icraçıları, onları bu işə təşviq edən və yönəldənlər layiqli cəzalarını almalıdırlar".
banner

Oxşar Xəbərlər