• şənbə, 20 Aprel, 11:41
  • Baku Bakı 14°C

Rusiyanın 1 milyardlıq peyki yerə çırpıldı

16.05.14 08:14 952
Rusiyanın 1 milyardlıq peyki yerə çırpıldı
Rusiyanın "Ekspress-AM4R” ən güclü rabitə peyki fəzaya buraxıldıqdan bir neçə dəqiqə sonra məlum olmayan səbəbdən "Proton-M” daşıyıcı raketdən ayrılaraq yerə düşüb.
Bu barədə "RİA Novosti”yə "Roskosmos”dakı mənbə bildirilib.
Məlumata görə, "Proton-M” daşıyıcı raketin yerə düşməsi Qazaxıstanın hüdudlarından kənarda baş verib. "Ekspress-AM4R” rabitə peykinin Altay diyarı ərazisinə və ya Sakit okeana düşdüyü ehtimal olunur.
Raketin yerə düşməsi nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat yoxdur.
Qəzanın səbəbləri müəyyənləşənədək "Baykonur” kosmodromundan "Proton-M” daşıyıcı raketlərin orbitə buraxılması dayandırılıb.
Qeyd edək ki, raketin düşməsi nəticəsində itirilən "Ekspress-AM4R” peykin dəyəri 1 mlrd rubl (200 mln avro) olub və Rusiyanın indiyədək istehsal etdiyi ən güclü rabitə peyklərindən biri olub.
banner

Oxşar Xəbərlər