• çərşənbə, 24 Aprel, 05:30
  • Baku Bakı 14°C

Rusiyalı deputat: “Azərbaycan dünya birliyinin nüfuzlu üzvünə çevrilib”

27.05.21 14:00 372
Rusiyalı deputat: “Azərbaycan dünya birliyinin nüfuzlu üzvünə çevrilib”
"Azərbaycan bu gün bütün dünyaya rəqabətə davamlı iqtisadiyyat, sosial nailiyyətlər və multikulturalizm prinsiplərinin həyata keçirilməsi nümunəsini göstərir”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik teleqramında bildirib.

"Heydər Əliyev irsinə yeni bir təkan verərək siz Azərbaycanı sülh və tərəqqi yolu ilə aparırsınız. Müdrik rəhbərliyiniz altında Azərbaycan Respublikası qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirib və dünya birliyinin nüfuzlu üzvünə çevrilib. Azərbaycanın öz tarixi torpaqlarını geri qaytarması növbəti güclü uğur oldu. Əminəm ki, Rusiya ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan çoxşaxəli və strateji qarşılıqlı fəaliyyət xalqlarımızın rifahı naminə güclənəcək”, - deyə rusiyalı parlamentari vurğulayıb.
banner

Oxşar Xəbərlər