• cümə axşamı, 28 mart, 12:45
  • Baku Bakı 16°C

Rusiyada şəhərdən regionlara köçənlərin sayı ilbəil artır

23.08.19 21:30 6088
Rusiyada şəhərdən regionlara köçənlərin sayı ilbəil artır
Moskvada şəhər mənzillərindən daimi yaşamaq üçün kotteclərə köçənlərin sayı son 10 ildə 35 faizə yüksəlib.
AZƏRTACTASS informasiya agentliyinə istinadla bildirir ki, Moskva ətrafında şəxsi mülk alan rusiyalıların sayında hər il 5 faiz artım müşahidə olunur.
Araşdırmalara görə, alıcıların 55 faizi kottecləri seçirlər. Şəhər kənarına gedənlərin sırasında yaşı 35-dək (40 faiz) olanlar və təqaüdçülər (20 faiz) üstünlük təşkil edir.
Maraqlıdır ki, şəhər kənarında daimi yaşamaq istəyən əhalinin qeyd edilən təbəqəsinin sayı artmaqda davam edir.
banner

Oxşar Xəbərlər