Rusiyada MDB liderlərinin qeyri-rəsmi görüşü başlayıb

Rusiya paytaxtındaMDBölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilir.
Görüşdə Rusiyanın 2017-ci ildəMDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.
Toplantıda Rusiya prezidentiVladimir Putin, Azərbaycan prezidentiİlham Əliyev, Ermənistan prezidentiSerj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidentiNursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edirlər.
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.
