• çərşənbə axşamı, 23 aprel, 12:17
  • Baku Bakı 24°C

Rusiyada koronavirusa yoluxma hallarının sayı 253-ə çatıb

20.03.20 20:45 806
Rusiyada koronavirusa yoluxma hallarının sayı 253-ə çatıb
Rusiyada yeni bir növ koronavirusla yoluxma hallarının sayı son sutka ərzində 253-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın yeni koronavirus infeksiyasının qarşısının alınması və mübarizəsi üzrə əməliyyat qərargahından bildiriblər.
Bildirilib ki, son sutka ərzində doqquz bölgədə Rusiya Federasiyası vətəndaşları arasında 54 koronavirus infeksiyasına yoluxma faktı qeyd edilib:
"Rusiya Federasiyasında bu gün 253 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb".
Qərargahda qeyd edilib ki, Moskvada 33 koronavirus infeksiyası təsdiqlənib, ümumilikdə paytaxtda 131 yoluxmuş şəxs aşkarlanıb. Bundan əlavə, qərargahın məlumatına görə, Yakutiyada 6, Sankt-Peterburqda və Samara vilayətində 4, Kirov və Novosibirsk diyarlarında 2, Moskva, Ulyanovsk və Tümen bölgələrində hər birində 1 yeni hadisə müəyyən edilib.
banner

Oxşar Xəbərlər