AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiyada həmyerlimizə 18 il həbs cəzası verdilər

Rusiyada həmyerlimizə 18 il həbs cəzası verdilər

Təfsilat
17 Yanvar 2014, 11:06 1026
APA-nın məlumatına görə, hadisə 2013-cü ilin mart ayında Tolyatti şəhərində baş verib.

Bir gecəlik ev kirayə götürən azərbaycanlı kirayə pulunu ev sahibəsinə vermək istəməyib. O, buna etiraz edən qadını boğaraq öldürüb. Daha sonra onun üzərindəki qızıl-zinət əşyalarını götürərək, cinayətin izini itirmək məqsədilə qadını 9-cu mərtəbədən aşağı atıb və hadisə yerindən qaçıb.

Samara vilayət məhkəməsinin hökmü ilə azərbaycanlının cinayəti sübuta yetirilib, ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.