Rusiyada bir gündə 1 226 nəfər koronavirusdan ölüb
Rusiyada son bir gündə daha32 837nəfərə COVID-19 diaqnozu qoyulub.
"Report”xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı9 669 718nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha1 226nəfər artaraq276 419-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan8 364 932nəfər sağalıb.