• şənbə, 27 Aprel, 05:59
  • Baku Bakı 14°C

Rusiyada axtarışda idi, “ASAN xidmət”də tutuldu

07.07.14 12:55 972
Rusiyada axtarışda idi, “ASAN xidmət”də tutuldu
Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Rusiyada axtarışda olan Xətai Novruzov Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə təhvil verilib.
Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olub./apa/
banner

Oxşar Xəbərlər