AZE | RUS | ENG |

Rusiya XİN: Təkliflər münaqişə tərəflərinə təqdim ediləcək

Rusiya XİN: Təkliflər münaqişə tərəflərinə təqdim ediləcək
ATƏT Minsk qrupunun həmsədrləri mayın sonunda regiona səfəri zamanı əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək.
Bunu özəl olaraq Trend-ə nazir Sergey Lavrovun "münaqişə zonalarında etimad mühitinin qurulması vasitəsi kimi əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi” və bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına proyeksiyası barədə bəyanatı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
Nazirlikdən xatırladıblar ki, 2010-cu ilin oktyabrında Həştərxanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü zamanı hərbi sahədə etimad tədbirlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub:
"Bu məqsədlə ATƏT Minsk qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşma əldə olunmuşdu. Bakı və Yerevan gələcəkdə bu yanaşmanı rəhbər tutmaq barədə razılıq əldə ediblər. Hesab edirik ki, bu razılaşma öz aktuallığını qoruyur. Əsirlərin dəyişdirilməsi ilə bağlə məşvərətlər davam edir”.

Rusiya XİN-dən bildiriblər ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Moskvada keçirilmiş görüş zamanı, tərəflərin ərazilərində girovluqda olan şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində onları qohumlarının qarşılıqlı əsasda ziyarət etməsi ilə bağlı tədbirlər görmək üçün hazır olduqlarını təsdiq ediblər:
"ATƏT Minsk qrupunun həmsədrləri bununla bağlı müvafiq təkliflər hazırlayıb və bu təklifləri bu ayın sonunda tərəflərə təqdim edəcək”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892