• cümə axşamı, 28 mart, 13:43
  • Baku Bakı 16°C

Rusiya XİN rəsmisi Qarabağ separatçılarının "DQR"in adını dəyişmək niyyətinə münasibət bildirib

09.11.16 15:01 734
Rusiya XİN rəsmisi Qarabağ separatçılarının "DQR"in adını dəyişmək niyyətinə münasibət bildirib
"Rusiya,ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri, habelə Ermənistan da daxil olmaqla, digər ölkələr Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır”.
BunuAPA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Hesab edirik ki, Dağlıq Qarabağın statusu danışıqlarda müəyyən olunmalıdır. Bununla əlaqədar hazırda onun yeni adlandırılmasının ortaya çıxması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə təsir etməyəcək", - deyə M. Zaxarova Dağlıq Qarabağ separatçılarının qondarma qurumun adını dəyişdirmək niyyətinə münasibət bildirərkən söyləyib.
Rusiya XİN sözçüsü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin HamburqdaATƏT-ə üzv ölkələrin XİN başçılarının görüşündə müzakirə olunub-olunmayacağına da aydınlıq gətirib: "Həmsədrlikdə olan tərəfdaşlarımızla birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinəbu vaxtadək razılaşdırılmış məsələlər əsasındavasitəçilik yardımı göstərməkdə davam edirik, bu baxımdan noyabrın 10-da VyandaATƏTdaimi şurasında, eləcə də Minsk qrupunun iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə baxılacaq. İnanırıq ki, bu işATƏTXİN başçılarının Hamburqda dekabrın 8-9-da keçirilək iclasında da davam etdiriləcək".
banner

Oxşar Xəbərlər