• şənbə, 27 Aprel, 02:30
  • Baku Bakı 14°C

Rusiya XİN rəhbəri və ATƏT baş katibi Qarabağı müzakirə edəcəklər

21.06.21 14:00 236
Rusiya XİN rəhbəri və ATƏT baş katibi Qarabağı müzakirə edəcəklər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Helqa Şmid Moskvada görüş zamanı digər məsələlərlə yanaşı, Qarabağla bağlı da müzakirə aparacaqlar.
Trend-in TASS-a istinadən məlumatına görə, danışıqlar ATƏT-in hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar sahədəki işi ilə bağlı geniş məsələlərə həsr ediləcək.
S.Lavrov və H.Şmid eyni zamanda aktual ümumavropa problemləri, ATƏT-in cari fəaliyyəti və təşkilatın 2021-ci ilin ikinci yarısında iş planlarını müzakirə etməyi planlaşdırırlar.

banner

Oxşar Xəbərlər