• şənbə, 27 Aprel, 09:14
  • Baku Bakı 12°C

Rusiya XİN-i Trampın İranla bağlı bəyanatını şərh edib

14.10.17 09:50 1806
Rusiya XİN-i Trampın İranla bağlı bəyanatını şərh edib
RusiyanınXarici İşlər NazirliyiABŞ prezidenti Donald Trampın İranla nüvə sövdələşməsini istənilən vaxtda poza biləcəkləri ilə bağlı söylədiklərinə münasibət bildirib.
"Report” TASS-a istinadən xəbər verir ki, XİN-in saytına yerləşdirilən məlumatda beynəlxalq münasibətlərdə təhlükəli və aqressiv ritorikadan istifadə edilməsinin yolverilməz olduğu qeyd edilir.
Bildirilir ki, "Rusiya Hərtərəfli BirgəFəaliyyət Planına (HBFP) sadiqdir, onun qorunub saxlanmasında maraqlıdır və onunla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edəcək".
Moskva həmçinin HBFP-nin qalan digər iştirakçılarını da analoji şəkildə davranmağa çağırıb.
banner

Oxşar Xəbərlər