AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiya XİN Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib

Rusiya XİN Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib

Siyasət
30 İyul 2020, 17:41 439
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib ki, əldə olunan məlumata görə, Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq haqqında razılaşma əsasında 29 iyul-10 avqust tarixlərində Azərbaycan ərazisində birgə, planlaşdırılmış, əməliyyat taktiki hərbi təlimləri keçirilir.
"Biz, xüsusilə bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişəni nəzərə almaqla, ən diqqətli şəkildə regiondakı vəziyyəti izləyirik, tərəfləri o cümlədən hazırkı hərbi fəaliyyətlərində təkidli şəkildə təmkinli olmağa çağırırıq", - deyə o qeyd edib. 
Aleksey Zaytsev bildirib ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi narahatlıq doğurur.
O, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həllinin vacibliyini vurğulayıb.