• cümə, 29 Mart, 17:46
  • Baku Bakı 14°C

Rusiya və İran prezidentlərinin danışıqlarının gündəliyi açıqlanıb

19.01.22 17:00 521
Rusiya və İran prezidentlərinin danışıqlarının gündəliyi açıqlanıb
"Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi hər iki ölkəni maraqlandıran bir çox mühüm məsələləri müzakirə edəcəklər”.
"Report”TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Görüşün çox hissəsi Rusiya-İran münasibətlərinə həsr olunacaq. Gündəm çox genişdir. Hər iki tərəfi maraqlandıran mühüm məsələlər var”, - o bildirib.
Qeyd edək ki, İ.Rəisi Moskvada səfərdədir. Onun bu gün rusiyalı həmkarı ilə görüşəcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər