• bazar, 11 May, 17:26
  • Baku Bakı 22°C

Rusiya Ukraynanın Kramatorsk şəhərinə zərbə endirib, ölən və yaralananlar var

02.02.23 10:45 1031
Rusiya Ukraynanın Kramatorsk şəhərinə zərbə endirib, ölən və yaralananlar var

Fevralın 2-nə keçən axşam Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə “İsgəndər-K” raketi ilə endirdiyi zərbə nəticəsində 3 mülki şəxs həlak olub, daha 20 nəfər yaralanıb.

“Report”un xəbərinə görə, bu barədə Donetsk vilayətinin polisi məlumat yayıb. Məlumata görə, zərbə zamanı azı 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.

"Düşmən hücumu saat 21:45-də baş verib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Polis Rusiyanın hərbi cinayətinin nəticələrini sənədləşdirir. 11 operativ istintaq qrupu, partlayıcı maddələr üzrə ekspertlər, kinologlar, həkimlər, patrul polisi və digər bölmələr hadisə yerində işləyir”, - məlumatda deyilir.

İnsanların hələ də dağıntılar altında qala bildiyi qeyd edilir. Zərərçəkmiş evlərin sakinləri sığınacaqlara təxliyə olunur.

banner

Oxşar Xəbərlər