• şənbə, 20 Aprel, 18:48
  • Baku Bakı 24°C

Rusiya, Türkiyə və İran Suriya neftinə dair birgə bəyanat yayıb

12.12.19 14:00 480
Rusiya, Türkiyə və İran Suriya neftinə dair birgə bəyanat yayıb
Rusiya, Türkiyə və İran Suriyanın neft gəlirlərinə dair birgə bəyanat yayıb.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, Astana prosesinin iştirakçısı olan ölkələr – Rusiya, Türkiyə və İran Suriyanın neft gəlirlərinin müsadirə olunmasına qarşı çıxdıqlarını açıqlayıblar. Birgə bəyanatda deyilir ki, həmin 3 ölkə Suriyanın neft gəlirlərinin müsadirə edilməsindən narazıdır: "Rusiya, Türkiyə və İran Suriyaya məxsus neft gəlirlərinin hüquqazidd olaraq müsadirə olunmasından və həmin vəsaitin istifadə edilməsindən narahatdır”.
Qeyd edək ki, bu bəyanat Rusiya, Türkiyə və İran nümayəndələrinin Qazaxıstan paytaxtı Nur-Sultandakı danışıqlarının 14-cü görüşündə sonra yayımlanıb.
banner

Oxşar Xəbərlər