• çərşənbə axşamı, 23 aprel, 16:32
  • Baku Bakı 24°C

Rusiya sülhməramlıları Xankəndiyə daxil olub

12.11.20 23:11 465
Rusiya sülhməramlıları Xankəndiyə daxil olub

Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu Xankəndinə daxil olub.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bunu RF Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
"Bu gün, noyabrın 12-də Rusiya sülhməramlı kontingentinin ön xətt bölmələri Dağlıq Qarabağ ərazisində atəşin və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya nəzarət etmək üçün tapşırıqlarının icrasına başlayıblar. Atəşkəs bütün təmas xəttində müşahidə olunur”, - Konaşenkov belə deyib.
O qeyd edib ki, Dağlıq Qarabağda və Laçın dəhlizindəki təmas xətti boyunca 10 müşahidə məntəqəsi yerləşdirilib. Onlardan dördü "Cənub” məsul zonasındadır.

"Sülhməramlı kontingentin bölmələri Laçın dəhlizini və Laçın yolunun bir hissəsini – Lısoqorski sovxozunu nəzarətə götürərək, orada altı müvəqqəti müşahidə postu yaradıb”, - deyə İ.Konaşenkov əlavə edib.
banner

Oxşar Xəbərlər