• cümə, 29 Mart, 08:43
  • Baku Bakı 5°C

Rusiya səfirliyi insidenti siyasiləşdirməyin əleyhinədir

14.12.18 13:45 477
Rusiya səfirliyi insidenti siyasiləşdirməyin əleyhinədir
Ermənistanda Rusiya ilə münasibətləri gərginləşdirmək istəyən qüvvələr Gümrü şəhərində rus əsgərinin 57 yaşlı erməni qadını döyərək öldürməsi hadisəsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar.
AZƏRTACRusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidmətinin "Facebook” səhifəsində yerləşdirilmiş bəyanata istinadla xəbər verir ki, diplomatik korpus erməni ictimaiyyətini bu insidenti siyasiləşdirməməyə və ölkənin hüquq-mühafizə orqanlarının obyektiv istintaq aparmasına mane olmamağa çağırıb.
Səfirliyin bəyanatında deyilir: "Əvvəl olduğu kimi, biz yenə də bu məsələni siyasiləşdirməməyə, tələsik nəticələr çıxarmamağa, erməni hüquq-mühafizə orqanlarına öz işlərini yerinə yetirməyə mane olmamağa çağırırıq. Mərhumun doğmalarına və yaxınlarına da baş sağlığı veririk”.
Xatırladaq ki, dekabrın 3-də Gümrü şəhərində 57 yaşlı qadın fiziki zorakılığa məruz qalıb və aldığı bədən xəsarətlərindən vəfat edib. Dekabrın 11-də Ermənistan prokurorluğunun yaydığı məlumatda bildirilib ki, bu cinayət işində şübhəli bilinən 102-ci Rusiya hərbi bazasının əsgəri saxlanılıb. KİV-lərin xəbərinə görə, rus hərbçi Rusiya tərəfinin razılığı ilə həbs olunub.
banner

Oxşar Xəbərlər