• cümə, 19 Aprel, 01:44
  • Baku Bakı 18°C

Rusiya Qafqazın şimalına «İskəndər» raketləri yerləşdirdi

19.12.13 10:05 1427
Rusiya Qafqazın şimalına «İskəndər» raketləri yerləşdirdi
Rusiya Şimali Qafqaz regionuna (Cənub Hərbi Dairəsinə daxildir) «İskəndər-M» operativ-taktik raket komplekslərinin birinci divizionunu yerləşdirib.
Bu barədə APA Rusiyanın «İnterfaks-AVN» agentliyinə istinadən məlumat verib.
«İskəndər-M» raket divizionu Krasnodar diyarında bazalaşdırılacaq. Yaxın aylarda bölgədəki iki raket briqadası da «İskəndər-M» divizionuna sahib olacaq.
Qeyd edək ki, NATO kodu «SS-26 Stone» olan «İskəndər» operativ-taktiki raketlərinin atış uzaqlığı 500 km-ə qədərdir. Rusiyanın 2008-ci ildə Gürcüstanla müharibədə Qori şəhərinin bombalanmasında bu raketlərdən istifadə etdiyinə dair məlumatlar mövcuddur.
banner

Oxşar Xəbərlər