• cümə, 29 Mart, 14:28
  • Baku Bakı 14°C

Rusiya Prezidentinin sözçüsü: “Rusiya və ABŞ tamamilə fərqli yollardadır”

16.01.22 10:40 245
Rusiya Prezidentinin sözçüsü: “Rusiya və ABŞ tamamilə fərqli yollardadır”
"Bir tərəfdən Rusiya, digər tərəfdən isə ABŞ və NATO tamam başqa yollardadır və bu, narahatlıq doğurur”.
"Report”xəbər verir ki, bunu "CNN”ə müsahibəsində Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Aramızda müəyyən anlaşma mövcuddur. Amma ümumilikdə, indi deyə bilərik ki, biz fərqli istiqamətlərdəyik, tamam başqa yollardayıq. Bu yaxşı deyil və narahatlıq doğurur”, - deyə Peskov bildirib.
D. Peskov eyni zamanda Rusiyanın Ukraynanın NATO-ya üzv olmayacağına dair hüquqi qüvvəyə malik zəmanətlər alması zərurətini bir daha vurğulayıb, çünki əks halda Kiyevin alyansa qoşulmaq üçün hüquqi imkanları olacaq.
Qeyd edək ki, Cenevrədə təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlər üzrə Rusiya-Amerika məsləhətləşmələri keçirilib. Daha sonra yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası, yanvarın 13-də isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.
banner

Oxşar Xəbərlər