• cümə axşamı, 25 aprel, 18:39
  • Baku Bakı 21°C

Rusiya MN: Rusiya aviasiyası İŞİD-in "müharibə naziri"ni məhv edib

08.09.17 11:30 751
Rusiya MN: Rusiya aviasiyası İŞİD-in "müharibə naziri"ni məhv edib
Rusiya aviasiyanın İŞİD-in Suriyanın Deyr-ez-Zor şəhərində yerləşən komanda məntəqəsinə zərbələr endirməsi nəticəsində terror qruplaşmasının "müharibə naziri" məhv edilib.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"İŞİD-in komanda məntəqəsinə endirilən aviazərbələr nəticəsində "müharibə naziri" Gülmurod Halimov öldürülüb.Havazərbələri zamanı beynəlxalq terror qruplaşmasının "müharibə naziri" müşavirədə olub. O, aviazərbələr nəticəsində aldığı yaralardan həlak olub", - deyə Rusiya MN-in məlumatında bildirilir.
Qeyd edək ki, G. Halimov Tacikistan "OMON"-un sabiq komandiri, polkovnik olub. O, İŞİD-də qoşulduqdan sonra "əl-Taciki" adı ilə tanınıb.
Rusiyanın aviazərbələri nəticəsində "Deyr-əz-Zorun əmiri" Əbu Məhəmməd Əş-Şimali də öldürülüb. Avropanın bəzi xüsusi xidmət orqanları onu 2015-ci il noyabrın 13-də Parisdə törədilmiş terror aktlarının əsas təşkilatçısı sayır.
banner

Oxşar Xəbərlər