Rusiya mediası Njdenin qəhrəmanlaşdırılmasını pisləyir
Erməni generalın Hitler Almaniyasının hakimiyyət orqanları ilə
əməkdaşlığını sübut edən çoxsaylı faktların olduğu bildirilir
Faşistlərlə əməkdaşlığı sübuta yetirilən daşnak lideri Qaregin Njde ilə bağlı qalmaqal Rusiya mediasının gündəmində qalmaqdadır. "Moskovski komsomolets” qəzetində dərc olunan "Paşinyan Njde məsələsində sağlam düşüncə göstərə bilərdi” başlıqlı məqalədə əvvəlcə Krasnodar vilayətinin Armavir şəhərində deputat Aleksey Vinoqradovun iştirak etdiyi qalmaqaldan bəhs edilir. Bildirilir ki, deputat erməni lider Njdenin erməni kilsəsinin həyətində qoyulan xatirə lövhəsini qara rəngə boyamaqla qalmaqalın mərkəzinə düşüb. Müəllif yazır ki, bu insidenti "vandalizm aktı” adlandıranlara qarşı ciddi irad bildirmək olar. Belə ki, tarixçi və analitiklərin əlində Njdenin Hitler Almaniyasının hakimiyyət orqanları ilə əməkdaşlığını sübut edən çoxsaylı faktlar var.
Bu məsələyə "lenta.ru” portalı da toxunur. Əvvəlcə xatırladılır ki, MDB-nin son sammitində iştirakçılar dünya ictimaiyyətinə müraciət qəbul edib. Bildirilib ki, beynəlxalq ictimaiyyət tarixin saxtalaşdırılması və nasizmin qəhrəmanlaşdırılmasına yol verməməlidir. Özü də BMT Baş Asambleyasının üçüncü komitəsinin nasizmin qəhrəmanlaşdırılmasına qarşı qəbul etdiyi qətnaməyə Ermənistan da imza atıb. Əlavə edilir ki, o dövr bir sıra siyasi xadimlərin tərcümeyi-hallarında nasistlərlə əməkdaşlıq edilməsi barədə epizodlara rast gəlinir. Njde də onlardan biridir. Onun barəsində danışanda dərhal Rusiya XİN-in 2019-cu il "Nasizmin qəhrəmanlaşdırılması” hesabatı yada düşür. Orada keçmiş iqtidar partiyası - Ermənistan Respublika Partiyasının birmənalı qəbul edilməyən Njdenin qəhrəmanlaşdırılması cəhdləri etməsinə geniş yer ayrılır. Halbuki, onun Üçüncü Reyxlə əməkdaşlıq etdiyi barədə təkzibolunmaz faktlar olduğu bəllidir. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova isə Yerevanda Njdeyə abidə qoyulmasının başadüşülən olmadığını bəyan edib. Bu məqalədə də xüsusi vurğulanır ki, "Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş nazir olan Nikol Paşinyan sələflərinin yolu ilə getməyib Njde məsələsində daha sağlam düşüncə ortaya qoya bilərdi. Azərbaycan prezidenti İlham Əliyev yəhudi icması nümayəndəsi ilə görüşdə Njde məsələsini qaldırıb. "Faşist Almaniyası naminə ölən şəxs Ermənistan naminə ölür” deyən birinin xatirəsi nə üçün əbədiləşdirilir” deyə İlham Əliyev sual edib. Azərbaycan lideri yəhudi cəmiyyətini Yerevanda Njdenin abidəsinin sökülməsini tələb etməyə çağırıb”. Məqalədə bildirilir ki, ermənilər belə bir arqument gətirirlər ki, "Njde Ermənistanın türklər tərəfindən işğal edilməsinə qarşı döyüşüb. Elə Nikol Paşinyan da Aşqabadda belə arqumentlərlə çıxış edib. Njdenin ideallaşdırılması ilə bağlı iradlara gəldikdə isə bildirib ki, belə bir irad erməni xalqının təhqir olunmasıdır. "Erməni xalqı faşistlərə qarşı döyüşsə də, Njde barrikadanın başqa bir tərəfində olub. Nasistlərlə əməkdaşlıq edib və ümid edib ki, Hitlerin qələbəsi ilə türklərin Cənubi Qafqaza daxil olmaması təminatı alacaq. Lakin tarixçilərdə belə bir məlumat var ki, Njde 40-ci illərdən vermaxtın tərkibində erməni batalyonları yaradılmasına dəstək verib, Berlində yaradılan erməni milli şurasının üzvü olub. Bolqarıstanda həbs olunan bu şəxs barəsində 25 illik həbs qərarı çıxarılıb və o, həyatını Vladimir türməsində başa vurub. Əlbəttə abidələri rəngləmək yaxşı arqument deyil. Lakin bu tip abidələr tarixi arqumentləşdirilmiş hiddət doğurursa, onda Armavir hakimiyyət orqanları məsələnin həlli yollarını axtarıb tapmalıdırlar. Məsələn, Peterburqda Mannerqeymin xatirəsinə qoyulan xatirə lövhəsini yada salaq – vətəndaşların etirazından sonra lövhəni götürüb eksponat kimi muzeydə yerləşdiriblər.
Njde ilə bağlı məsələyə "Kommersant” da yer ayırıb. Bildirilir ki, rəsmi Yerevan belə görünür, heç bir halda Njdenin qəhrəmanlaşdırılmasından əl çəkmək istəmir. Ölkənin yeni rəhbərləri nümayişkaranə şəkildə nasist əlaltısını təmizə çıxarmağa çalışırlar. Məqalədə Paşinyanın həyasızcasına Njde ilə o vaxt SSRİ xarici işlər naziri olmuş Molotov arasında oxşarlıq axtarmasına da toxunulub. Bildirib ki, indi Njdenin faşist Reyxi ilə əməkdaşlıq etdiyi barədə çoxsaylı xəbərlər dolaşır. "Nədir, məgər Molotov üçüncü Reyxlə ünsiyyət qurmayıb? Gəlin komissiya yaradaq və nə baş verdiyini araşdıraq. Kimsə Rusiyada bu fəaliyyəti araşdırıbmı? Niyə də yox? Gəlin Molotovdan başlayaq - nələr edib, hansı razılaşmalara imza atıb, niyə atıb”. Erməni baş nazir "unudur” ki, bunlar tamam başqa-başqa məsələlərdir. Bir var danışıqlar aparmaq, bir də var faşistlərlə əməkdaşlıq etmək. Njde milyonlarla insanın ölümünə səbəb olan faşistlərə nəinki dəstək verib, hətta onların öldürülməsinə də iştirak edib. Bu mənada Paşinyanın paralelləri çox absurd görünür.
Azər