• cümə axşamı, 28 mart, 13:07
  • Baku Bakı 16°C

Rusiya Ermənistana güzəşt etməyəcək

18.03.19 18:58 472
Rusiya Ermənistana güzəşt etməyəcək
Ermənistanda maye qazın qiyməti bahalaşacaq.
Bunu "Jamanak” qəzeti yazıb.Məlumata görə,Vergi Məcəlləsinə təklif olunanyeni dəyişiklik layihəsinə əsasən, avtomobillər üçün maye qaz həcmlə deyil, çəki ilə satılacaq.Məqalədə qeyd olunub ki, hazırda qüvvədə olanVergi Məcəlləsinə əsasən, maye qazın min kub metri25min dramdır (52 dollar). İndi isə hökumət təklif edir ki,bir ton maye qazın qiyməti34min dram (70 dollar) olsun. Hökumət rəsmiləri bunun vergi ödənməsinə təsiri olmayacağını desədə, təbii qazdoldurma məntəqələrinin sahibləri bildiriblər ki,dəyişiklik nəticəsində yanacağın qiyməti10-20faiz bahalaşacaq. Qanun aprelin 1-dən qüvvəyə minəcək.
Yeri gəlmişkən, "1in.am” saytı da qazın qiymətinin artırılması və onun fəsadları məsələsinə toxunub. Məqalədə bildirilir ki, baş nazir Nikol Paşinyanın Ermənistanın İran qazı üçün tranzit ölkəyə çevriləcəyi barədə dedikləri ölkədə geniş müzakirələrə yol açıb. Tehranda baş nazirlə yanaşı, İran prezidenti Həsən Ruhani də bəyan edib ki, onlar Ermənistana nəql edilən qazın həcmini artırmağa və İran qazının Gürcüstana ixracında üçtərəfli əməkdaşlığa hazırdır. Sayt yazır ki, bir sıra ekspertlər bu layihə ilə bağlı fikirlərini bölüşüblər və layihəni İran qazının Avropaya ixracı kontekstində şərh etməyə başlayıblar. Ümumi rəy budur ki, bu məsələ texniki cəhətdən mürəkkəbdir və iqtisadi cəhətdən effektsizdir. Gürcü siyasətçisi, Black Sea Press informasiya agentliyinin baş redaktoru Gela Vasadze hesab edir ki, İran qazının Ermənistan və Gürcüstana tranziti mümkün deyil. O xatırladıb ki, "Qazprom”un törəmə müəssisəsi Ermənistanın qaz nəqliyat sisteminin sahibidir və təbii ki, şirkət rəqibinin Avropaya qaz tranzitinə imkan yaratmaq istəməyəcək. Ekspert İran, Ermənistan və Gürcüstan arasında qaz əməkdaşlığının nə qədər real və Gürcüstanda bu məsələyə münasibətin necə olması barədə sualı da cavablandırıb. Onun sözlərinə görə, Gürcüstanda bu məsələyə münasibətlər var: "Təbii ki, İran Gürcüstan üçün əhəmiyyətli ölkə, Ermənistanın əsas tərəfdaşlarından biridir. Bu ölkə Ermənistan üçün iri ölkədir. Lakin İranın öz problemləri var və Birləşmiş Ştatların indiki administrasiyası bu ölkəyə qarşı dost mövqedə deyil. Nəqliyyat dəhlizləri barədə danışanda deyə bilərik ki, bu dəhlizlər çoxdan planlaşdırılıb və Çin tərəfindən maliyyələşir. Gəlin yaddan çıxarmayaq - çinlilər artıq beş ildir ki, Pakistan və İrandan Fars körfəzinə, oradan isə Cənubi Qafqaza gedəcək İpək yolunu reallaşdırırlar. Burada iki şaxələnmə var – Azərbaycan və Ermənistan. Biz hazırda məhz bu prosesi görürük. Azərbaycanda Cənubi Qafqazda ən yaxşı yollar mövcuddur. Bu ölkə dünyada yolların keyfiyyətinə görə 35-ci yerdə qərarlaşıb. Səhv etmirəmsə, Gürcüstan 94, Ermənistan 95-ci yerdədir. Hazırda bu proqramın reallaşması bizdən asılıdır - nə qədər effektiv işləyəcəyimizdən və nəqliyyat kommunikasiyalarını inkişaf etdirməyimizdən”.
"Bəs İran qazının Ermənistan və Gürcüstana tranziti nə qədər realdır” sualına cavab olaraq ekspert "buna həddən artıq şübhə ilə yanaşıram” deməklə cavablandırıb. "Bunu başa düşmək üçün bir suala cavab vermək gərəkdir – Ermənistan qaz nəqliyyat sisteminin sahibi kimdir? "Qazprom-Ermənistan” şirkəti. Axı Qazprom nə üçün İran qazını Avropaya nəql etmək üçün buraxmalıdır? Məncə, "Qazprom” bununla razılaşmayacaq”. Başqa sözlə desək, Rusiyanın razılığı mütləqdir. Əgər söhbət qazın tranzitindən gedirsə, bu, Rusiyanın razılığı olmadan mümkün deyil. Lakin əslində qazın İrandan Gürcüstana tranziti barədə heç bir söhbət getməyib. Bundan əlavə, əgər Ermənistana İrandan qaz gərəkdirsə, bu, dəqiq olmayacaq. Siz isə qaz ixracından danışırsınız. Coğrafi nöqteyi-nəzərindən İran-erməni-gürcü qaz əməkdaşlığı məntiqidir. Bu, aydındır. Sadəcə, problem ondadır ki, coğrafiya və geosiyasət bir qədər ayrı-ayrı şeylərdir”, - deyə gürcü eksperti bildirib.
Bəs ola bilərmi ki, Ermənistan "Qazprom”la müqavilələrinə yenidən baxsın? Ekspert bu suala cavab olaraq isə bildirib ki, "Qazprom”la imzalanan sazişlərə yenidən baxılması bütövlükdə Ermənistanın Rusiya ilə münasibətlərinə yenidən nəzər salınması demək olacaq: "Yumşaq ifadə etsək, mən buna inanmıram. Buna mane olan çoxsaylı faktorlar mövcuddur”.
Öz növbəsində erməni ekspert Armen Manvelyan N.Paşinyanın Tehrana səfərindən sonra gündəmə gəlmiş İran qazının Ermənistan ərazisindən tranziti məsələsini xam xəyal adlandırıb. Energetika üzrə ekspert rəsmi Yerevanın İrandan təbii qaz idxalını artırmaq və bunun müqabilində qonşu ölkəyə elektrik enerjisi vermək barədə vədlərinə münasibət bildirib. O qeyd edib ki, Ermənistanda öz tələbatını belə güclə ödəyəcək həcmdə elektrik enerjisi istehsal olunur və onun İrana nəqlinin artırılması real deyil. Onun sözlərinə görə, Yerevanla Tehran arasında energetika layihələrinin həyata keçirilməsi həddindən artıq çətin olacaq. "Hazırkı geosiyasi reallıqda İran təbii qazının Ermənistan ərazisindən tranzitindən danışmaq ciddi deyil. Birincisi, İranın özünün təbii qaz hasilatı ilə bağlı problemləri mövcuddur, ikincisi isə Avropa İttifaqı Tehrandan qaz tədarükünə elə də maraq göstərmir. Avropanın qaz bazarı həddindən artıq yüklənib və İran qazının Ermənistan ərazisindən hansı ölkəyə nəql olunacağı da anlaşılan deyil”, -deyə Manvelyan vurğulayıb. O əlavə edib ki, Ermənistan-İran yüksəkgərginlikli elektrik xəttinin tikintisində də problemlər yaranıb və bu səbəbdən Yerevan elektrik enerjisi müqabilində Tehrandan əlavə qaz ala bilməyəcək. Bu xəttin tikintisi dəfələrlə təxirə salınıb və ötən il istifadəyə verilməsi nəzərdə tutulan obyektdə işlərin cəmi 20 faizi görülüb. Gürcüstanla energetika sahəsində əməkdaşlığa gəldikdə isə, erməni ekspert vurğulayıb ki, Tbilisi Vaşinqtonun reaksiyasına qarşı çox həssasadır və ABŞ-ın sanksiyaları fonunda energetika sahəsində İranla əməkdaşlıq etməyəcək. Söhbət İran qazının Ermənistan ərazisindən Gürcüstana nəqlindən gedir və bu məsələ ətrafında tezliklə hər hansı razılaşma əldə ediləcəyi gözlənilmir.

Azər
banner

Oxşar Xəbərlər