Rusiya erməni faşizminə niyə göz yumur? - FAKT
İkili mövqe
Nasizm ideyalarının yayılmasına qarşı "cihad” elan
edən Moskva bu məsələdə də siyasi maraqlarını önə çəkir. Onun imperiya
maraqlarına qarşı çıxan Baltikyanı dövlətlər və Ukrayna hədəfə alınır, faşizm ideyalarını yayan
Ermənistan isə "unudulur”.
Ermənistan unuduldu
Dünya mediası və ictimai dairələri neçə gündür ki,
Moskvada keçirilən beynəlxalq antifaşist forumunu şərh edir. Maraqlıdır ki,
forumu izləyərkən yenə də ikili standartlar və qərəzli mövqenin şahidi oluruq.
Nasizm ideyalarının yayılmasına qarşı "cihad” elan edən Moskva bu məsələdə də
siyasi maraqlarını önə çəkir. Onun imperiya maraqlarına qarşı çıxan Baltikyanı
dövlətlər və Ukrayna hədəfə alınır,
faşizm ideyalarını yayan Ermənistan isə "unudulur”. Sanki faşist əlaltısı
Qaregin Njdeyə Yerevanın mərkəzində 16 metrlik abidəni ucaldan ermənilər yox,
başqasıdır. Böyük Vətən Müharibəsinin və Nürnberq məhkəməsinin ildonümünə,
eləcə də faşizm qurbanlarının xatirəsinə həsr olunan forum bir neçə gündür ki,
faşizm təhlükəsindən bəhs edir, buna qarşı tədbirləri qabardır. Diqqət
mərkəzində neofaşizm və ksenofobiya hallarının artığı ölkələrin reytinqinin
yaradılması da var. Bu siyahıda da Ermənistan yoxdur.
Lavrov
Baltikyanı dövlətlərin və Ukraynanın adını çəkir, amma...
Rusiya xarici işlər naziri Sergey Lavrov tədbirdə çıxış
edib. Nazir videomüraciətində
müharibədən 80 ilə yaxın vaxtın keçməsinə baxmayaraq, faşizm xəstəliyinə qarşı
peyvəndin zəifləməyə doğru getdiyini deyib. Xarici siyasət idarəsinin rəhbəri
hədəf kimi Baltikyanı dövlətləri və Ukraynanın adını çəkib. Amma bir dəfə də
olsun faşizm ideyasının yayıldığı Ermənistanın adını çəkməyib. Halbuki nazirin
rəhbərlik etdiyi qurum neçə ildir ki, Ermənistanda faşizm ideyalarının yayılmasından
şikayət edir, buna son qoyulmasını rəsmi Yerevandan tələb edirdi.
Rusiya qanun hazırlayıb
Yeri gəlmişkən, tədbirdə o da bildirilib ki, Dövlət
Dumasına nasizmin bərpası və təbliğatının qadağan edilməsi barədə qanun
layihəsi daxil olub. Burada ölkə ərazisində "nasizm",
"faşizm" və "Sovet İttifaqı xalqlarının soyqırımı"
anlayışlarının qadağan edilməsini nəzərdə tutan bəndlər var. Rusiyanın baş
prokuroru İqor Krasnov bildirib ki, sənəd eyni zamanda nasizmin bərpası və
təbliğatının qadağan edilməsini, İkinci Dünya Müharibəsinə həsr olunmuş arxiv
sənədləri, film və fotomateriallar kompleksinin hüquqi statusunun
tənzimlənməsini də nəzərdə tutur.
Nasizmin
qalib gəldiyi ölkə
2016-cı ildə Ermənistanın keçmiş rəhbərliyi Yerevanın düz mərkəzində
faşist əlaltısı Qaregin Njdenin nəhəng abidəsini ucaldanda buna qarşı etiraz
olmadı. Yalnız Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının
Aşqabad sammitində faşizmin Ermənistanda canlandırılmasını qabartdıqdan sonra
vəziyyət dəyişdi. Prezident erməni baş nazir Nikol Paşinyanın da iştirak etdiyi
sammitdə bu ölkənin faşist mahiyyətini açıq şəkildə ortaya qoydu. Qəribə
odur ki, İrəvanın mərkəzində nasist Njdeyə abidə ucaldılır, faşizmin
qəhrəmanlaşdırılmasına qarşı çıxan Rusiya isə buna göz yumur. Bəli, tam
əminliklə demək olar ki, bu gün Ermənistan nasizmin qalib gəldiyi ölkədir.
Azər