• şənbə, 20 Aprel, 15:12
  • Baku Bakı 23°C

"Rusiya Ərdoğanın elə bir əmr vermədiyini bilirdi" -Duqindən ŞOK AÇIQLAMA

03.10.16 15:27 1022
"Rusiya Ərdoğanın elə bir əmr vermədiyini bilirdi" -Duqindən ŞOK AÇIQLAMA
"Beynəlxalq Avrasiya Hərəkatı"nın lideri, rəsmi Kremlin ideoloqlarından sayılan Aleksandr Duqin Türkiyə tərəfindən vurulan Rusiya hərbi təyyarəsi ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə hava məkanında vurulması hadisəsini xatırladan Dugin çox maraqlı detallar açıqlayıb. A.Dugin Rusiya təyyarəsinin Türkiyə prezidenti Ərdoğanın əmri ilə vurulmadığını bildiklərini bəyan edib:
A.Dugin bildirib ki, bunu aylar əvvəldən biliblər, ancaq o vaxt Türkiyə hökümətinin təyyarənin ordu içindəki başqa güclər tərəfindən vurulduğuna dair heç bir dəlili yox idi: "Türkiyə Kəşfiyyat Xidmətinin rəsmiləri, generalları Ərdoğanın təyyarəni vurmaq əmri vermədiyini dedilər və bir çox arqument irəli sürdülər. Ancaq o vaxt əllərində sübut yox idi. Daha sonra mart ayında ikinci səfər gerçəkləşdi. Bu görüş zamanı Türk ordusunun daxilində çevriliş hazırlandığına dair sübut təqdim etdilər. Beləcə, mart ayında Rusiya bunun Ərdoğanın qərarı olmadığını, həm də Ərdoğana qarşı qurulmuş təxribat olduğunu bildi. Və təbii ki, bunun kimə lazım olduğu, Türkiyə-Rusiya münasibətlərini kimin pozmaq niyyətində olduğunu anlamaq elə də çətin deyildi”.
banner

Oxşar Xəbərlər