• cümə, 29 Mart, 00:27
  • Baku Bakı 7°C

Rumıniya təhsil nazirinin müavini: “Azərbaycanla əməkdaşlığa böyük ümid bəsləyirik"

24.05.17 12:35 815
Rumıniya təhsil nazirinin müavini: “Azərbaycanla əməkdaşlığa böyük ümid bəsləyirik"
”Azərbaycan və Rumıniyanın təhsil sahələri üzrə ekspertiza həyata keçiriləcək. Bunun nəticələrinə əsasən, gələcək əməkdaşlığın sərhədləri müəyyənləşdiriləcək”.
APA-nın xəbərinə görə, bunu Rumıniya təhsil nazirinin müavini Qiqel Paraşiv deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən I Azərbaycan-Rumıniya Universitetlərarası Forumundan hər iki ölkənin gözləntiləri yüksəkdir: "Rumıniya və Azərbaycan universitetləri müəllim və tələbələrin qarşılıqlı əməkdaşlığını gələcəkdə də davam etdirəcəklər. İki ölkənin universitetləri arasında əməkdaşlıq üçün perspektivlər gördüm. Bu səfər çərçivəsində Azərbaycan universitetlərini, buradakı təhsili özümüz üçün kəşf etmiş olduq. Azərbaycanın ali təhsil sistemiilə əməkdaşlığa böyük ümid bəsləyirik. Universitetlər arasındakı əməkdaşlığın möhkəmlənməsi üçün əlimizdən gələni edəcəyik”.
banner

Oxşar Xəbərlər