• cümə, 19 Aprel, 08:56
  • Baku Bakı 13°C

Rumıniya çempionu Azərbaycandan təklif alıb

19.08.13 17:15 1194
Rumıniya çempionu Azərbaycandan təklif alıb
Rumıniyalı futbolçu Viktoraş Yakob Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, vətənində “Metalul” klubunda oynayan 33 yaşlı hücumçu karyerasında uğurları “Styaua”da çıxış edərkən qazanıb.
Belə ki, 2005/06 mövsümündə Rumıniya çempionluğu və Superkubokunu qazanan futbolçu hazırda sərbəst olsa da, karyerasını ölkəmizdə davam etdirmək istəməyib: “Hələ 33 yaşım tamam olmasa da, təqaüdə çıxmaq haqda düşünürəm. Mənim hazırda da yaxşı əlaqələrim var. Bu, daha çox xariclə bağlıdır. Söhbət məhz Avstriya, Azərbaycan, hətta Çin variantından gedir. Əgər motivasiyam yoxdursa, butslarımı mismardan asmaqla bağlı heç bir çətinliyim yoxdur”.
Qeyd edək ki, Yakob “Styaua”nın fantastik mövsüm keçirdiyi həmin vaxtda Çempionlar Liqasında 3, UEFA kubokunda 5 qol vurmaqla, beynəlxalq turnirdə 2-ci ən sərrast futbolçusu olub.
banner

Oxşar Xəbərlər