• cümə, 19 Aprel, 05:24
  • Baku Bakı 18°C

Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Anar Kərimov

18.09.21 13:20 348
Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Anar Kərimov
Bu gün bizim üçün əlamətdar gündür. Üzeyir Hacıbəylinin dünyaya göz açdığı günü Milli Musiqi Günü kimi qeyd edirik. Çox sevinirik ki, bu əlamətdar günü qeyd edərkən Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandanımız və müzəffər ordumuz bizə bu sevinci bəxş edib. Şuşamıza ruhumuzu və mədəniyyətimizi qaytarmışıq.
Trend-in məlumatına görə,bu sözləri Mədəniyyət naziri Aanr Kərimov jurnalistlərə açıqlamasında deyib.
Bu gün Üzeyir Hacıbəylinin və digər görkəmli bəstəkarların musiqiçunasların məzarlarını ziyarət etdik:
"Üzeyir Hacıbəyli musiqi gününü eyni zamanda Şuşada qeyd edirik. Görkəmli şəxsiyyətin və digər Şuşalı mədəniyyət və incəsənət xadimlərinin ruhları şaddır ki, onlar öz mədniyyətlərinə, torpaqlarına qovuşublar.
Ənənəvi olaraq beynəlxalq Üzeyir Hacıbəyli festivalı keçirilir və bu ildə o ənənəyə sadiq qalaraq, sentyabrn 18-dən 24-nə qədər ölkəmizin müxtəlif şəhərlərində Şuşada, Gəncədə, Ağdamda musiqi gününü qeyd edəcəyik.
Azərbaycan mədəniyyətini, Üzeyir Hacıbəyli mirasını, onun yaratdığı ölməz əsərləri həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təbliğ edəcəyik.”
banner

Oxşar Xəbərlər