• cümə, 29 Mart, 03:36
  • Baku Bakı 7°C

Rublun kursu aşağı düşməkdə davam edir

13.01.15 10:56 1278
Rublun kursu aşağı düşməkdə davam edir
Bu gün Moskva birjasının açılmasından sonra rublun kursu yenidən aşağı düşməyə başlayıb.
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, 1 avro 76,24 rubl, 1 dollar isə 64,98 rubl olub. Halbuki yanvarın 12-də birja bağlanarkən avro 74,68 rubl, dollar 63,17 rubl idi.
Rublun dəyərsizləşməsi neftin qiymətində azalma tendensiyasının davam etməsi ilə əlaqələndirilir. Dünya bazarında Brent markalı neftin qiyməti artıq 45 dollar səviyyəsinə enib.
banner

Oxşar Xəbərlər