• cümə axşamı, 25 aprel, 04:19
  • Baku Bakı 19°C

Rosbalt: “Bakı və Vilnüs “yarıkarantin” rejiminə keçdilər”

29.04.20 15:23 946
Rosbalt: “Bakı və Vilnüs “yarıkarantin” rejiminə keçdilər”
Azərbaycan və Litva məhdudiyyətləri azaltmaqla nümunə göstərirlər
Azərbaycan hökumətinin koronavirusla mübarizə tədbirləri, vətəndaşların sağlamlığını nəzərə almaq istiqamətində gördüyü işlər, tətbiq etdiyi məhdudiyyətlər əksər beynəlxalq təşkilatlar, media və ekspert dairələrində təqdir edilir. Aprelin 27-dən ölkəmizdə qüvvədə olan karantin tədbirlərinin azaldılması Rusiya mediasında da işıqlandırılıb. "Rosbalt” yazır ki, "yumşaldılan” karantin mayın 4-nə kimi qüvvədədir və çətin ki, həmin tarixdən sonra tam şəkildə aradan qalxsın. "Hələ ki, yumşalma aşağıdakı kimidir – kitab, qəzet, paltar, kosmetika, parfümeria elektronika və məişət texnikası, mebel və inşaat materiallarının, avtomobillərin satışına icazə verilib. "Əhaliyə xidmət edən bir sıra yerlər də fəaliyyətini bərpa edib. İndi vətəndaşlar artıq evlərini üç saat müddətində tərk edə bilərlər. Bu da Bakı küçələrində canlanma yaradıb, insanların, maşınların axını artıb. Ümumiyyətlə, Azərbaycan MDB ölkələri içərisində COVİD-19 virusu ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması üçün "eksperiment” aparılmalı ən ideal ölkədir – ölkədə hər 10 min nəfərə 1,5-ə yaxın koronavirus xəstəsi qeydə alınıb, gün ərzində 2 faiz xəstə artımı var, sağalananların sayı da müsbətdir. Bütün bunlar müsbər göstəricilərdir. Lakin buna baxmayaraq, mayın 4-də heç də bütün məhdudiyyətləri aradan qaldırmağa tələsmirlər. Orta və ali məktəblərdə dərslər çətin ki başlasın. İctimai nəqliyyat tədricən fəaliyyətə başlayacaq. Sərnişinlər arasında məsafə qorunub saxlanılmalıdır. Səhiyyə Nazirliyiin baş infeksonisti idman zallarının, restoranların fəaliyyətini ən sonda bərpa etməyi nəzərdə tutduqlarını bildirib”.
Bildirilir ki, formal olaraq Gürcüstanda da ötən gündən "sərt rejim”i yumşaltmağa başlayıb. Düzdür, bu yumşalma altı mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə vətəndaşlara öz şəxsi avtomobillərində və taksilərdə hərəkət etməyə icazə verilib. Onlayn alqı-satqı, bazarların təhlükəsizlik qaydalarına əməl etməklə açılması da artıq reallaşıb. Bununla belə, dörd iri şəhərin bağlı qalması qərarı qüvvədədir. Başqa şəhərlərdən koronavirus əsirliyinə düşən şəxslərə iki gün ərzində şəhəri tərk etmək və evlərinə dönmək tələb edilib. Azərbaycanla müqayisədə Gürcüstan məhdudiyyətlərin sürətlə aradan qaldırılması üçün ideal ölkə deyil. Lakin pis də deyil. Sağalanların sayında müsbət tendensiya var. Hökumət buna baxmayaraq, yaxın 2-3 ayı gözləyir. Gürcüstanın muxtar ərazisi olan Abxaziyada vəziyyət qənaətbəxşdir. Rusiyada xəstə sayının artması vəziyyəti gərginləşdirə bilər. Gün ərzində oradan Gürcüstana onlarla insan geri qayıdır.
Məqalədə daha sonra Litvadakı vəziyyətə toxunulub. Burada hakimiyyət orqanları "azadlığa” çıxmaq istiqamətində xeyli addım atıblar. Küçə kafeləri açılıb. Düzdür, stol arxasında iki nəfərdən artıq adamın oturmasına icazə verilməsə də, vəziyyət normallaşır. Vilnüs bələdiyyəsi park və xiyabanları da insanların üzünə açmaq qərarına gəlib. Bundan əlavə, gözəllik salonları (solyari olmadan) açılıb. Tennis oynamaq mümkündür, kartodromlar, zoopark, botanika bağları da fəaliyyətdədir. Həftənin birinci günündən kilsələrdə də ayinlər həyata keçirilir, ancaq məhdud sayda insanın iştirakı ilə. Nəhayət, valideynləri işə çıxan uşaqlar bağçaya gedə bilərlər. Yerdə qalan məhdudiyyətlər mayın 11-nə kimi qüvvədədir. Litvadan fərqli olaraq onun qonşuları cürətli çıxmayıblar. Məsələn, Estoniyada yalnız mayın 2-dən sonra idman trenajorlarından istifadə etməyə icazə veriləcək. Latviyada ictimai nəqliyyat sahəsində "liberallaşma” mümkündür. Onların ehtiyatlanmağında da, əsas var. Əgər Litvada xəstələrin yarısı sağalıbsa, digər iki Baltik respublikasında xəstə sayı artır. Ukrayna radikal yüngülləşməyə hələ getmir. Lakin hökumət dünən ərzaq bazarlarını açıb. Qlobal amnistiyaya gəldikdə, Kiyevdə gözəllik salonlarının açılması planlaşdırılır. Əsas tarix mayın 12-nə nəzərdə tutulub. Ölkədə son günlər ərzində xəstə sayı artıb. İddialara görə, son artım Ukraynada Pasxa bayramında əhalinin kütləvi tədbirlərdə iştirakı ilə izah olunur.
Qazaxıstanda karantin tədbirlərinin mayın 11-nə kimi uzadılmasına baxmayaraq, artıq "mühasirənin yarılmasına” başlanılıb. Yerli aviaşirkətlər daxili uçuşlara start veriblər, mayın 15-dən isə Almatıdan Moskvaya uçuş olacaq. Nur-Sultan sakinlərinə binaların həyətində idmanla məşğul olmağa icazə verilib. Tikinti sahələri, avtoservis, kimyəvi təmizləmə yerləri, lombardlar, məişət mağazaları fəaliyyətə başlayıb, lakin ictimai nəqliyyat bağlıdır. Xəstə sayında da müsbət tendensiya hiss olunur.
Qırğızıstanda yeganə yüngülləşmə odur ki, fövqəladə vəziyyət rejimi mayın 10-a kimi yalnız Bişkek, Oş, Cəlal-abad və Atbaşinksdə uzadılacaq. Ölkədə xəstələrin yardan çoxu sağalsa da, hakimiyyət karantin şərtlərini yüngülləşdirmək fikrində deyil.
Sinqapur Texnologiya və Dizayn Universiteti ehtimal edir ki, MDB məkanında koronavirusun öhdəsindən gələn ilk ölkə Özbəkistan olacaq. Hətta tarix də göstərilir- mayın 24-ü. Burada sağalanların da sayında artım var.
O ki qaldı Moldova və Ermənistana - burada vəziyyət o qədər də bərbad olmasa da, rəqəmlər onu deyir ki, sürətli yumşalmanı ləngitmək gərək olacaq. Erməni iqtisadçı ekspert Tadevos Avetisyan deyib ki, Ermənistanın dövlət borcu böyüyür və hər şey koronavirus pandemiyasının nə qədər davam edəcəyindən asılıdır. 2020-ci il üçün planlaşdırılmış Ermənistanın dövlət büdcəsi təhlükə altındadır, vergilər azalıb, xərclər isə artıb. Bu vəziyyətdə Ermənistan hökuməti dövlət büdcəsində bəzi dəyişikliklər etmək təklifi ilə çıxış edib. O qeyd edib ki, bundan sonra nə olacağı sualının cavabı koronavirusun nə zaman bitəcəyi sualının naməlum cavabından asılıdır. "Əgər vəziyyət bu cür ssenari ilə davam etsə və koronavirusla əlaqədar iqtisadi məhdudiyyətlər ən azı üçüncü rübə qədər davam etsə, onda bizə çox çətin olacaq”, - deyə Avetisyan bildirib.
"Türkmənistanda isə hər dəfə olduğu kimi, heç nə bəlli deyil. Tacikistan isə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərini gözləyir. Onlar koronavirusun olmadığı şəraitdə məhdudiyyətlərin aradan götürülməsi barədə qərar verməli olacaqlar.
Belarusa gəldikdə, burada məsələ karantinin aradan qaldırılmasında yox, daha çox bu məhdudiyyətlərin tətbiq edilib-edilməməsindədir.
Və nəhayət tort üzərində qoyulan meyvə olan Rusiya. Prezident Vladimir Putin bəyan edib ki, Rusiya Federasiyasında "xüsusi tədbirlər” may bayramları günlərində tam qüvvədə olacaq. Mayın 12-dən sonra isə vəziyyətə baxılacaq”, - deyə məqalədə bildirilib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər